SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Onları Eldar Mahmudovun və Səfər Əbiyevin dövründə ələ alıblar...”

8-05-2017, 10:15 | Oxunub: 11 887 |

“Onları Eldar Mahmudovun və Səfər Əbiyevin dövründə ələ alıblar...”
Emtv.az bildirir ki, Azərbaycanın Baş prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi ötən bazar günü sensasion birgə bəyanatla çıxış edərək cəbhəboyu Tərtər rayonunda ermənilərə işləyən bir qrup hərbçi və mülki şəxsin ifşa edilərək yaxalandığını bildirib. Bəyanatda deyilir ki, həmin şəxslər hərbi sirr təşkil edən məlumatları erməni tərəfinə ötürüblər, habelə erməni xüsusi xidmət orqanlarının təlimatı ilə Bakıda terror aktları və sabitliyi pozmaq üçün təxribatlar planlaşdırıblar.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl virtualaz.org-a bu bəyanatı şərh edərkən deyib ki, düşmən tərəfin adamlarını ələ almaq və kəşfiyyat şəbəkəsi yaratmaq belə demək olarsa, bir-biri ilə döyüşən ölkələr üçün normal haldır. “Və çox yaxşıdır ki, düşmə şəbəkəsini cəbhəboyu zonada üzə çıxarmaq mümkün olub”-İlham İsmayıl deyib.

Ekspertn sözlərinə görə, hərbçilərin və mülki şəxslərin sırasından kəşfiyyat şəbəkəsi yaratmaq bir ayın, hətta bir ilin işi deyil. “Bu, uzun prosesdir. Aydındır ki, bu adamları MTN-in və Müdafiə Nazirliyinin keçmiş rəhbərliyinin dövründə ələ alıblar”-o bildirib.
İlham İsmayıl əmindir ki, belə hallarda düşmən xüsusi xidmət orqanları təkcə maddi şirnikləndirmədən deyil, kompromatlardan da istifadə edir. “Əvvəlcə adamları ələ alıblar, sonra bunu kompromat kimi istifadə edərək başqa adamları agentliyə cəlb etmək üçün istifadə ediblər. Yəni zəncirvari. Kompromat qismində korrupsiya və ya buna bənzər nəsə deyil, düşmən kəşfiyyatı ilə əməkdaşlığın özü xidmət edir”-ekspert deyib.

İlham İsmayılın fikrincə ifşa edilən şəbəkənin əsas vəzifəsi hətta diversiya deyil, kəşfiyyat olub. Yəni onların qarşısına Azərbaycan ordusunun potensialı, vəziyyəti, strateji obyektlər və qoşunların yerdəyişməsi, hərbi texnika, qoşunların mövqeləri kimi hərbi sirr təşkil edən məlumatları toplayıb ötürmək vəzifəsi qoyulub. “İstənilən bu cür kəşfiyyat məlumatı diversiya məqsədi ilə istifadə oluna bilər”-İlham İsmayıl əlavə edib.

Ekspert deyib ki, o, özü Tərtər rayonundandır və vaxtilə düşmənə bir qarış da olsun torpaq verməyən bu rayonun əhalisi baş vermiş hadisədən şokdadır. İlham İsmayıl digər cəbhəboyu rayonlarda da casus şəbəkəsinin olmasını istisna etmir.

“İstənilən rayonda hərbi obyektlərin yaxınlığında mülki obyektlər var, hansı ki, onlar müharibə zamanı mühüm əhəmiyyət kəsb edə bilər. İstənilən halda casus şəbəkəsinin aşkarlanması onu göstərir ki, Azərbaycanda əks-kəşfiyyat işləyir, real əks-kəşfiyyat işi aparılır, bizim hüquq-mühafizə orqanları hələ çox iş görməlidir”-İlham İsmayıl vurğulayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR