SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

MTN-nin ləğv edilməsinə YAP-ın reaksiyası

15-12-2015, 17:31 | Oxunub: 9 028 |

MTN-nin ləğv edilməsinə YAP-ın reaksiyası
"Azərbaycan Prezidenti İlham Əliyevin təhlükəsizlik orqanlarının yenidən təşkili ilə bağlı fərmanları dövlət təhlükəsizlik orqanlarının daha səmərəli fəaliyyət göstərməsinə imkan verəcək”.

Bu fikirləri Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, YAP rəsmisi Aydın Mirzəzadə deyib. Komitə sədrinin müavini vurğulayıb ki, Milli Təhlükəsizlik Nazirliyinin iki müstəqil təşkilata ayrılması, hər birinin qarşısına konkret məsələlərin qoyulması günün tələblərindən irəli gəlir: "Dövlət Təhlükəsizlik Xidməti sırf ölkə daxili təhlükəsizliyin təmin edilməsi, ölkə daxilində dövlətə təhdid yaradacaq bütün məsələlərin qarşısının alınması üzərində işləyəcək. Xarici Kəşfiyyat Xidməti isə Azərbaycan qarşı xaricdən olan və ya ola biləcək istənilən kəşfiyyat hərəkətlərinin qarşısının alınmasına xidmət edəcək. Azərbaycan təhlükəsizlik orqanlarının böyük tarixi var və bu struktur daim dövlətçiliyə, öz xalqına xidmət nümunələri ortaya qoyub. Həmişə dövlət təhlükəsizlik oraqnlarına cəmiyyətdə böyük hörmət olub”.



A.Mirzəzadə "Mahmudovçu” qruplaşmanın keçmiş MTN-nin nüfuzuna kölgə saldığını bildirib: "Təəssüf ki, son dövrlərdə "Mahmudovçu” qruplaşmasının həmin orqanın fəaliyyətinə kölgə salacaq hərəkətləri narahatlıq doğrururdu. Amma, ölkə başçısının vaxtında bu qruplaşmanı ifşa etməsi, onlara qarşı sərt cəza tədbirlərinin görülməsi, həmçinin həmin orqanların dövlətçiliyə bağlı, öz işinə məsuliyyətlə yanaşan kadrlarla möhkəmləndirməsi təhlükəsizlik orqanlarının əvvəlki nüfuzunun qaytarılmasına və daha da yüksəldilməsinə imkan verəcək.

Hesab edirəm ki, təhlükəsizlik orqanlarının yenidən qurulması bir tərəfdən dünya təcrübəsinə əsaslanır, digər tərəfdən isə Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsinin daha effektli və uğurlu olmasına imkan verəcək”.

Qeyd edək ki, prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Ölkə başçısının fərmanı ilə MTN-nin əvəzində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı sərəncamlara əsasən, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR