20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub
Cəbhəboyu zonada olan Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhə xəttində yeni inşa edilmiş təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlim mərkəzi haqqında məruzə edilərək bildirilib ki, burada idarəetmə məntəqəsi, qərargah binası və şəxsi heyətin yerləşdirilməsi üçün lazımi infrastruktur yaradılıb. Real döyüş şəraitinə yaxın inşa edilən, cəbhə xəttindəki vəziyyətə uyğun modelləşdirilmiş təlim nöqtələri atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi üçün nəzərdə tutulub.
Bununla yanaşı, təlim mərkəzində mürəkkəb dağ şəraitində döyüş aparmaq, kəşfiyyat-axtarış tədbirləri həyata keçirmək, pusqular quraraq hərbi əməliyyatlar zamanı düşmənə qarşı effektiv tədbirlər görmək kimi döyüş tapşırıqlarını tədris və praktiki məşq etmək üçün də lazımi şərait yaradılıb.
Müdafiə naziri mərkəzdə təlim keçəcək şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması məqsədilə mövcud olan müasir təlim üsullarının öyrənilməsi, onların döyüş hazırlığında tətbiq edilməsi və şəraitə uyğunlaşdırılması ilə bağlı müvafiq göstəriş və tapşırıqlar verib.
Emtv.az