SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İşıq və qaz pulu qalxacaq?!

4-05-2017, 11:45 | Oxunub: 8 250 |

İşıq və qaz pulu qalxacaq?!
“Azərenerji” ASC-nin məcmu öhdəliklərinin 70%-i xarici valyutada ifadə olunub, bu səbəbdən dövlət şirkətinin məzənnə dəyişkənliyinə həssaslığı qalmaqdadır.

Emtv.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, ASC-nin xarici öhdəliklərinin mütləq əksəriyyəti avro, ABŞ dolları və Yaponiya yenində ifadə olunub. “Şirkətin daxilolmalarının milli valyutada olması məzənnə dəyişkənliyini daha da həssaslaşdırır”, – deyə məlumatda vurğulanıb.

“Fitch” açıqladığı rəqəmlərə əsasən, manat devalvasiyaya uğradıqdan sonra “Azərenerji”nin borcu 1,5 mlrd. manatdan 2,4 mlrd. manata çatıb. “Devalvasiyadan sonra hökumət “Azərenerji”nin kapitalına yatırım edib ki, bu vəsait dövlət şirkətinin öhdəliklərini qismən örtüb”.



Bildirilir ki, “Azərenerji”nin maliyyə göstəriciləri və likvidliyi zəifləyib. Bunun da əsas səbəb kimi manatın devalvasiyaya uğraması göstərilir. “Devalvasiya xarici borcun artmasına və tariflərin təyin olunmasında balanslaşdırılmamış mexanizmin yaranmasına səbəb olub. Ötən ilin noyabr ayının 16-da təbii qaz tarifləri təxminən 50% artıb. Halbuki elektrik enerjisinin tarifləri ötən ilin iyun ayında 5%, noyabrın sonunda isə əlavə olaraq 33% artıb. “Azərenerji”dən verilən məlumata görə, elektrik enerjisi və qaz tariflərində artım gözlənilmir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR