SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Bu cür yanaşma tərzi ilə Avropa strukturları hara gedir?!” – Siyavuş Novruzov

2-05-2017, 10:39 | Oxunub: 8 009 |

“Bu cür yanaşma tərzi ilə Avropa strukturları hara gedir?!” – Siyavuş Novruzov
“AŞPA-nın Türkiyə ilə bağlı qərarında təəccüblü heç nə yoxdur. Çünki biz dəfələrlə Avropa strukturları tərəfindən Türkiyə və Azərbaycana qarşı ədalətsiz mövqenin şahidi olmuşuq. Bu da növbəti ədalətsiz mövqelərdən biridir”.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında deyib.

Deputatın sözlərinə görə, əgər faktlara əsaslanılsa, o zaman AŞPA-nın Türkiyə ilə bağlı qərarında nə qədər ədalətsiz prisiplərə uyğun yanaşma olduğunu görmək mümkündür: “İlk növbədə AŞPA-nın Türkiyədə keçirilən referendumla bağlı mövqeyinə toxunaq. Türkiyənin qanunları demokratik qanunvericilikdir və orada hər bir qrup üçün kütləvi aksiyaların keçirilməsi, televiziyalarda, mətbuatda çıxışları üçün lazımi şərait yaradılıb. Hətta Türkiyə müxalifətinin özü belə, referendumun fövqəladə vəziyyət şəraitində keçirildiyi kəlməsini işlətmədi. Avropa Ropa papasından daha artıq xristian olub. Və Türkiyənin daxili işlərini müzakirə etməyə başlayıb. Seçkilərdə 60-70 faiz səs toplayanda da deyirlər ki, bu göstərici çoxdur seçkilər antidemokratik keçirilib, saxtalaşdırılıb. Az səs toplananda deyirlər ki, niyə azdır. Bu cür yanaşma tərzi ilə Avropa strukturları hara gedir?! Türkiyədə elə şərait yaradılmışdı ki, insanların 46 faizindən çoxu layihənin əlayhinə səs vermişdilər. Bu da orada hər kəs üçün yaradılan lazımi şəraitin olduğunu göstərir. Bundan başqa, Avropa hansı ədaləti tətbiq etmək istəyir?”.

Türkiyənin ömür boyu terrorizmlə mübarizə apardığını deyən S. Novruzov qeyd edib ki, Avropada bir terror hadisəsi baş verəndə qışqırıqları hər yanı götürür: “Avropa ərazisində bir qəzetin redaksiyası partlamışdı ki, hamı onu qınadı. Belə olan halda, bəs niyə Türkiyə ərazisində baş verənləri qınamırlar? NATO-nun da nizamnaməsində qeyd olunur ki, bir NATO ölkəsinə qarşı hücum olanda digərləri birləşməlidir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR