18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Deputat: "Ədalətsiz qərarların Türkiyəyə heç bir təsiri olmayacaq"
“Avropa Şurasının, Avropa Birliyinin və digər bəzi qərbyönümlü beynəlxalq təşkilatların Türkiyəyə və oradakı proseslərə münasibəti birmənalı deyil və bu münasibət hadisələrə adekvat hesab olunmur”.
Emtv.az xəbər verir ki, bunu trend-ə Milli Məclisin deputatı Musa Quliyev Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyəyə qarşı monitorinqi bərpa etmək barədəki qərarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatların Türkiyəyə olan münasibətlərində ikili standartlar müşahidə olunur: “Türkiyənin Avropa Birliyinə daxil olmaq üçün uzun illərdir göstərdiyi cəhdlərə qarşı süni maneələr yaradılır. Biz həm də Türkiyənin inkişafına, güclənməsinə, demokratik imicinin artmasına xələl gətirən qərarların şahidiyik”.
Deputat qeyd edib ki, bu qərarlar ədalətli deyil və heç bir əsası yoxdur: “Qərəzlər elə bu qərarlarda görünür. İstər Türkiyədəki son referenduma, istərsə də ondan qabaqkı hadisələrə münasibətdə Avropa Şurasının və Avropa Birliyinin qərarlarını ədalətli saymıram. Amma bunlar da ötüb-keçən hadisələrdir. Əsas odur ki, güclü Türkiyə, onun güclü lideri, Türkiyənin Azərbaycan kimi güclü dostu və ədaləti, həqiqəti üstün tutan digər dostları var. Hesab edirəm ki, ədalətsiz qərarların Türkiyəyə heç bir təsiri olmayacaq və Türkiyə öz yolu ilə davam edəcək”.
Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.
Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.
Emtv.az