18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
ÇEXİYA PREZİDENTİ TÜRKİYƏYƏ QARŞI ÇIXDI
Çexiyanın prezidenti Miloş Zeman Türkiyənin İŞİD müttəfiqi kimi davrandığı üçün Avropa İttifaqına üzv seçilməsi ehtimalına etiraz edib.
"EMTV.az" xarici KİV-ə istinadən məlumatına görə, Avropa Birliyinin zirvə toplantısından sonra Türkiyənin ittifaqa qatılması ilə bağlı müzakirələr aparılıb. İlk mənfi reaksiya da Çexiyadan gəlib. Çexiya prezidenti M. Zeman, Türkiyənin birliyə üzv seçilməsinə qarşı çıxıb. Çexiya liderinin iddialarına görə, Türkiyə NATO üzvü olmasına rəğmən İŞİD müttəfiqi kimi hərəkət edir.
Bundan başqa, Zeman Birliyin miqrantlarla əlaqədar Türkiyəyə 3 milyard euro yardım ayırmasını da tənqid edib. Onun fikrincə, Türkiyə bu miqrantlara baxacaq gücdədir. Çünki bu insanlar onlarla eyni dindəndir.
Bütün bu açıqlamalardan sonra Çex lideri Türkiyə səfirinin onun sözlərinin qarşılığında etiraz göndərməsini gözlədiyini də bildirib.