SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

"Bu, çox aşağılayıcı bir hərəkətdir" –

26-04-2017, 12:34 | Oxunub: 9 632 |

"Bu, çox aşağılayıcı bir hərəkətdir" –
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə AŞPA-nın Türkiyə barəsində çıxardığı monitorinqlə bağlı qərara münasibət bildirib.

Emtv.az xəbər verir ki, millət vəkili qafqazinfo-ya deyib ki, bu, Türkiyəyə qarşı qəbul edilmiş hüquqa zidd və ədalətsiz qərardır: “Eyni zamanda Avropanın müəyyən dairələrinin Türkiyəyə qarşı artıq uzun müddətdir ki, apardığı antitürkiyə siyasətinin tərkib hissəsidir. Belə ki, ötən il Almaniya Parlamentinin uydurma soyqırımı tanıması, bir neçə ay bundan əvvəl Avropanın bir neçə ölkəsində Türkiyədə keçiriləcək referendumla bağlı təşkil edilən tədbirlər, hətta xanım nazirin zorla ölkədən çıxarılması , sonda isə tələsik hazırlanaraq prosedur qaydalarını pozaraq qərar qəbul edilməsi heç bir hüquq normasına uyğun gəlmir. Bu qərar Türkiyəni qeyri-demokratik olmaqda, insan hüquqlarını pozmaqda ittiham etməkdir. 13 il əvvəl monitoriq prosesindən çıxmış bir ölkəni yenidən monitorinq prosesinə qaytarmağın özü də çox aşağılayıcı bir hərəkətdir. Türkiyə bu gün Avropaya insan hüquqlarının qorunmasında nümunədir. Onlar unudurlar ki, Türkiyə dünya siyasətinin vacib iştirakçılarından biridir. Avropa Şurasının yaradanlardan biri Türkiyədir. Avropa Şurasının indiki nüfuza çatmasında Türkiyənin böyük rolu var.

Bununla belə, Türkiyədəki referenduma tələsik aşağı qiymət verilməsi, Türkiyənin insan hüquqlarını pozulmasında ittiham edilməsinin heç bir əsası yoxdur. Bu cür hərəkətlər Avropaya başucalığı gətirmir. Türkiyəsiz Avropanın heç bir inkişafı ola bilməz. Vaxtilə Azərbaycana da Avropa Şurası tərəfindən bu cür hərəkətlər edilib. Ona görə də biz də eyni taleyi yaşamış ölkə kimi Türkiyənin yanındayıq”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR