SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda daha üç bank bağlana bilər – siyahı

1-05-2017, 12:08 | Oxunub: 8 486 |

Azərbaycanda daha üç bank bağlana bilər –  siyahı
Bankların sayının azalması və ya azaldılması məsələsi yenidən gündəmdədir
Öz funksiyalarını tam yerinə yetirə bilməyən banklar var.


Əvvəlki illərdə proqnozlaşdırıldığı kimi, Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq. Araşdırma zamanı məlum olub ki, bu il ərzində “Unibank”, “Nikoil bank”, “Rabitə bank” fəaliyyətini dayandıra bilər.

Təbii ki, prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Son müflisləşən 10 bankda sığortalanmayan əmanətlərin verilməsi ilə bağlı çətinliklər qalmaqdadır.
Adıçəkilən bankların iqtisadi böhran nəticəsində zərərlə üzləşdiyi, bəzi filiallarını bağlamalı olduğu, ixtisarlara getdiyi müşahidə olunur. Azərbaycanın bank sektorunda problemlər davam edir.


Yaxın keçmişdə ölkənin ən perspektivli iş və gəlir yerləri sayılan kommersiya qurumlarında indi kütləvi ixtisarlar, bank şəbəkələrinin bağlanması, göstərilən xidmətlərin məhdudlaşdırılması prosesi gedir.
Bu sektorun tənəzzülə uğraması təbii ki, əsas etibarı ilə neftin ucuzlaşmasından sonra ölkədə yaranan iqtisadi problemlərlə bağlıdır.
Son iki ildə bank sektorunda 6 mindən çox insan iş yerini itirib. Təəssüf ki, bəzi banklarda rəhbər şəxslər çətinlikləri bəhanə edib xərcləri azaltmaq üçün ixtisarlara, özlərinə yaxın qeyri-peşəkar adamları bank strukturlarına yerləşdirməyə çalışır. Bu da hökumətin aparmağa çalışdığı islahatları tormozlamaqla yanaşı narazlıqları alovlandırır.

“Nikoil Bank” Səhmdar Kommersiya Bankı da belə neqativ proseslərin cərəyan etdiyi kommersiya təşkilatlarından biridir və bu barədə mətbuatda dəfələrlə yazılıb.
Bankda biznes kreditləşməsi üzrə sanballı mütəxəssislər ixtisar adı ilə məcburi qaydada işdən uzaqlaşdırılır. Onların yerinə bank rəhbərliyinə yaxın, bu sahə üzrə savadsız şəxslər yüksək məvaciblə işlərə cəlb olunur.
Ən əsası uzun müdət işsiz qalan şəxslərə vəzifələr verilir ki, bu da bank sisteminin qaydaları ilə ciddi ziddiyət təşkil edir.


Bankın İnsan Resurslarının İdarəolunması Departamentindən təcrübəli kadrların qovularaq onların yerinə səriştəsiz adamların cəlb olunması ümumiyyətlə dözülməz haldır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR