SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycana qarşı böyük təxribat: Yalta yalanı ifşa olundu - eksklüziv

27-04-2017, 12:39 | Oxunub: 9 291 |

Azərbaycana qarşı böyük təxribat: Yalta yalanı ifşa olundu - eksklüziv
Aprelin 20-22-də tanınmamış Krım respublikasının Yalta şəhərində keçirilən III beynəlxalq iqtisadi forumla bağlı qalmaqal yaranıb. Hər şey ondan başlayıb ki, Ukraynanın UNN agentliyi Krım Muxtar Respublikası (KMR) Prokurorluğunun forumda iştirak etmiş xarici iştirakçıların qatılması faktı üzrə cinayət işi açıldığı və bu sırada Azərbaycanın 17 dövlət və özəl şirkətinin nümayəndələri olduğu barədə xəbər yayıb.

KMR mətbuat xidməti vurğulayıb ki, xarici vətəndaşların yarımadanın müvəqqəti işğal olunmuş ərazilərinə getməsi Ukrayna Dövlət Miqrasiya Xidməti tərəfindən verilən xüsusi razılıq əsasında olmalıdır, əks təqdirdə, bu, Ukrayna qanunvericiliyinin pozulması deməkdir. Azərbaycanın tanınmış brendlərinin nümayəndələri dərhal məsələyə reaksiya verərək, Yaltadakı forumda iştirakçı olmadıqlarını bəyan ediblər. Məsələn, Azərbaycan Beynəlxalq Bankı, "AzərsunHolding", "Azərkosmos" ASC və SOCAR rəsmiləri belə bir forumda iştirak etmədiklərini deyiblər. İqtisadiyyat Nazirliyi rəsmiləri də Azərbaycanın Rusiyadakı Ticarət nümayəndəsinin Yalta forumunda iştirak etmədiyini bildirib. Bu barədə virtualaz.org-a Ukraynadakı Azərbaycan səfirliyindən bildirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən deyiblər ki, məlumat yayıldıqdan sonra onlar bəzi Azərbaycan şirkətlərinin rəhbərliyi ilə əlaqə saxlayıblar. Onlar cinayət işinin açılması və işləri ilə əlaqədar hər hansı problemlə bağlı iddianı inkar ediblər.

Ukrayna Baş Prokurorluğundan da bildirilib ki, idarənin Azərbaycanın 17 dövlət və özəl şirkətinin nümayəndələri barədə cinayət işinin başlanması barədə heç bir məlumatı yoxdur.

Son olaraq KMR Prokurorluğunun mətbuat xidmətindən deyilib ki, hazırda Azərbaycan şirkətlərinin nümayəndələrinin forumda iştirak edib-etmədiyi yoxlanılır, hələlik isə şirkətlərin nümayəndələri cinayət işində yalnız şahid(?-“YM) ola bilər.

Forumda Avstraliya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Çin, Koreya Respublikası, Polşa, Serbiya, ABŞ, Anqola, Braziliya, Venesuela, Dominikan Respublikası, İsrail, İordaniya, Qətər, Kipr, Malayziya, Monqolustan, Myanmi, Nikaraqua, Yeni Zelendiya, Burundi, Fələstin, Tunis, Türkiyə, Finlandiya, Çexiya, İsveçrə, Estoniya, Yaponiya, separatçı Abxaziya, Belarus, Qazaxıstan və Latviya iştirak edib.

Forumda ən böyük nümayəndə heyətini İtaliya təmsil edib. Senator Serjiyo Divinanın rəhbərlik etdiyi nümayəndə heyəti 40 nəfərlə təmsil olunub. Forumda Avropa Parlamentinin Rumıniyadan olan deputatı Laurentiu Rebeqa da iştirak edib.

Türkiyəyə gəlincə, forumda Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Şamil Ayrım iştirak edib. O, “Mərmərə Qrupu Vaqfı”nı təmsil edib. Panel müzakirələrdə çıxış edən Ş.Ayrım türkiyəli investorların və tikinti kompaniyalarının Krıma maraq göstərdiklərini bildirib.
Qeyd edək ki, forumda 100 milyard rubl dəyərində müqavilələr imzalanıb ki, bunların heç birində Azərbaycan şirkətinin adı yoxdur.
Azərbaycana qarşı böyük təxribat: Yalta yalanı ifşa olundu - eksklüziv
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR