17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Fələstin Baş nazirinin müavini Azərbaycana gələcək
Fələstin Baş nazirinin müavini Ziyad Abu Amr martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcək.
Diaspor İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ziyad Abu Amrin Forumda terrorizmlə mübarizəyə dair çıxışı nəzərdə tutulub. O, “Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?” adlı paneldə çıxış edəcək. Müasir dövrdə terrorizmlə mübarizədə qalib gəlməyin yolları, strategiyası barədə fikir və təkliflərini bildirəcək.
Terrorizmlə mübarizəyə həsr olunan panel müzakirələrdə Fələstin Baş nazirinin müavini ilə yanaşı, İordaniya Senatının prezidenti Faisal əl-Fayez, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Səudiyyə Ərəbistanı şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal və digər ictimai-siyasi xadimlərin iştirakı nəzərdə tutulub.
“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr edilən V Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Emtv.az