SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Qeyri-adi yeniliyə, dönüşə ehtiyac görmürəm” - Yayım Şurasının sədri

27-04-2017, 11:55 | Oxunub: 7 937 |

“Qeyri-adi yeniliyə, dönüşə ehtiyac görmürəm” - Yayım Şurasının sədri
“İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının 12 illik təcrübəsi olduğundan qeyri-adi yeniliyə, dönüşə ehtiyac görmürəm”.
Bunu report-a açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Muxtar İmanov bildirib.


O qeyd edib ki, professor Cahangir Məmmədlinin İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri olduğu 12 illik müddətin son altı ilində qurumun üzvü kimi iştirak edib:

“Cahangir Məmmədlinin dəsti-xəttinə digər üzvlərlə birlikdə şərik olmuşam. Onun fəaliyyətindən narazı deyiləm və ola bilmərəm. Sadəcə görülən işdə istər-istəməz nöqsanlar da olur. Əgər xırda nöqsanlar varsa, İTV Yaym Şurası onları əvvəl olduğu kimi bundan sonra da diqqətə çatdıracaq. İTV-nin yenidən baş direktoru seçilən Cəmil Quliyev televiziya sahəsində peşəkar insan olmaqla yanaşı, tövsiyəni, sağlam fikri qəbul edən biridir. Onunla işləmək çətin deyil. İTV Yayım Şurası ilə Cəmil Quliyev arasında indiyədək kəskin fikir ayrılığı olmayıb, razılaşmadığı məqamda da səbəblərini deyib. Bundan sonra da əvvəlki sağlam əsasda əməkdaşlığımızı davam etdirəcəyik”.

Şura sədri deyib ki, İTV 12 il ərzində kifayət qədər normal fəaliyyət göstərib, ciddi problem, qüsur olmayıb: “İTV Yayım Şurasının televiziyaya nəzarət edən bir orqan kimi əsas vəzifəsi şirkətə fəaliyyətini daha səmərəli şəkildə davam etdirməsi üçün öz tövsiyələri ilə kömək etməkdir. Proqramların tutulması, verilişlərin dəst-xəttinin açqılanması, büdcə və kadr məsələləri ilə əlaqədar məsləhətlər amirənə prinsiplərlə deyil, məşvərət əsasında verilir. İTV-nin əsas funksiyalarından biri ictimai fikri doğru-düzgün əks etdirməkdir. İTV imkanları daxilində bunu edə bilir. Ayrı-ayrı qurumları təmsil edən insanların çıxışları olur, üst-üstə düşən və düşməyən fikirlər səslənir”.

M.İmanov ən böyük istəyinin həm İctimai Televiziyada, həm də radioda istedadlı jurnalistlərin dəstəklənməsi ilə bağlı olduğunu söyləyib: “Əgər istedadlı jurnalistləri dəstəkləsək, arxa olsaq, bu cür insanları hər zaman dəstəkləyən Cəmil Quliyevə bir daha onlara diqqət ayırmağı tövsiyə etsək, onların gördüyü işin səviyyəsi istər-istəməz daha da yüksək olar. Biz istəsək də, istəməsək də bütün verilişlər jurnalistin istedadından keçir, onun yaradıcılıq prosesi kimi ortaya çıxır. Dəstək deyəndə maddi tərəfini nəzərdə tutmuram. Əgər İTV Yayım Şurasının istedadına əmin olduğu bir gənc varsa, bir küncdə qalmamalıdır. Daxili potensialını daha çox üzə çıxara bilməsi üçün ona yaxşı vəzifə təklif etmək, irəli çəkmək, ruhlandırmaq lazımdır. Bu cür jurnalistlərin dəstəklənməsi əsas vəzifələrimizdən biri olmalıdır”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR