17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Cəmil Quliyev yenidən İTV-nin baş direktoru seçildi
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktorunun kim olacağı müəyyənləşib.
Emtv.az report-a istinadən xəbər verir ki, növbəti 4 ildə şirkətə kimin rəhbərlik edəcəyi Yayım Şurası üzvlərinin Milli Televiziya və Radio Şurasında keçirdiyi iclasında məlum olub.
Yeni baş direktoru Yayım Şurasının üzvləri gizli səsvermə ilə seçib.
Səsvermə nəticəsində Cəmil Quliyev yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib.
Qeyd edək ki, yeni baş direktorun seçilməsi ilə əlaqədar, MTRŞ tərəfindən elan olunmuş müsabiqəyə aprelin 12-dən 22-dək 5 nəfər sənəd vermişdi. Həmin şəxslər Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızıdır.
Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə 2013-cü ildə seçilən Cəmil Quliyevin səlahiyyət müddəti bu ay başa çatıb.
Emtv.az