17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İTV-nin yeni baş direktoru kim olacaq?
“İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə yeni seçiləcək şəxs öz vəzifəsinin icrasına seçkilərin nəticəsi bəlli olduqdan sonra başlaya bilər”.
Emtv.az xəbər verir ki, bunu trend-ə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov deyib.
Onun sözlərinə görə, baş direktor İTV-nin Yayım Şurasının bu gün keçiriləcək iclasında seçiləcək. Baş direktor vəzifəsinə namizəd Yayım Şurasının 9 üzvü tərəfindən keçiriləcək gizli səsvermə yolu ilə müəyyən olunacaq. Seçkinin nəticəsi iclasda dərhal açıqlanacaq: “Nəticə bilindikdən sonra seçilən şəxs artıq qanuni olaraq, İTV-nin baş direktoru sayılacaq”.
Qeyd edək ki, İTV-nin sonuncu baş direktoru Cəmil Quliyevdir. Onun səlahiyyət müddəti aprelin 23-də başa çatıb.
İTV-nin baş direktoru vəzifəsinə 5 iddiaçı var. Həmin şəxslər Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızıdır.
Emtv.az