SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Mühasib “Azərsığorta”nın filial müdirini kərpiclə başından vuraraq öldürüb

25-04-2017, 12:18 | Oxunub: 8 399 |

Mühasib “Azərsığorta”nın filial müdirini kərpiclə başından vuraraq öldürüb
“Azərsığorta” Dövlət Kommersiya Şirkətinin Tovuz rayon filialı müdirinin qətli ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Report-un xəbərinə görə, məlum olub ki, qətlə yetirilən filial müdiri Raya Bayramova idarədə mühasib işləyən Vəliyev Vidadi Bəhman oğlu ilə otaqda mübahisə edib.

Bu zaman V.Vəliyev R.Bayramovanın başını öncə masaya vurub, daha sonra onun baş nahiyəsinə küt alətlə (Otaqda qırmızı kərpic qırıntıları aşkar edildiyindən, onun küt alət qismində kərpicdən istifadə etdiyi ehtimal olunur) bir neçə zərbə endirib. V.Vəliyev onun öldüyünə əmin olduqdan sonra filialın qapısını bayırdan bağlayaraq hadisə yerindən qaçıb.

Mübahisə zamanı V.Vəliyev özü də başından xəsarət aldığından o, ilk olaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə gedərək rengen aparatında keçib, daha sonra Tovuz Rayon Mərkəzi Xəstəxanasına gedib və orada yıxılaraq xəsarət aldığını bildirərək xəstəxananın Travmatologiya şöbəsində tibbi yardım alıb. Gecəni xəstəxanada keçirən V.Vəliyev oradan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilməyə aparılıb. Məlum olub ki, hadisə vaxtı filialda kimsə olmadığından, həmçinin binanın kənar bir yerdə yerləşməsi səbəbindən cinayət zamanı yaranmış səs-küyü eşidən olmayıb.
V.Vəliyev ilk ifadəsində yıxılaraq başından xəsarət aldığını bildirsə də, aparılan araşdırmalardan sonra həmin ifadəsinin də yalan olduğu ortaya çıxıb. Belə ki, onun mübahisə zamanı xəsarət aldığı güman edilir.


İfadəsi alınan mərhumun övladları isə analarının 2 gündür evə gəlmədiyini, qadının həmin günlərdə Gürcüstanda olduğunu düşündüklərini bildiriblər. Lakin analarına məxsus xarici pasportun evdə tapılması onları bu düşüncələrindən yayındırıb və polisə məlumat veriblər. Tovuz rayon Polis şöbəsinin əməkdaşları qapısı bağlı filialın ikinci açarının mühasibdə olduğunu müəyyən ediblər. Açar ondan alınaraq otağa giriş olunub və qadının cəsədi filialda tapılaraq ekspertizaya göndərilib. Məlumata görə, ekspertiza zamanı şübhəli şəxs qismində saxlanılan V.Vəliyev xəstəxanada müalicə olunurmuş. Polisin hadisə ilə bağlı nə bildiyi sualına isə V.Vəliyev belə cavab verib:

“Mən özüm də onun yoxa çıxdığını, ailəsinin onu axtardığını bilirdim. Filiala baxmaq istədim, onun orada olub-olmadığını yoxlamaq üçün, lakin qapı bağlı idi, dama çıxıb ordan içəri keçmək istəyirdim ki, ayağım sürüşdü, yıxılıb başımdan xəsarət aldım”.

Lakin istintaq zamanı onun ifadələrində yalan olması və hadisə yerində aparılan araşdırmalar zamanı əldə edilən kifayət qədər fakt, cinayətin onun tərəfindən törədilməsi ehtimalını artırıb və o, saxlanılıb.
Saxlanılan V.Vəliyev sonradan başqa bir ifadəsində Raya Bayramova ilə aralarında mübahisənin pul üstündə düşdüyünü etiraf edib.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Tovuz rayonunda törədilən qətl hadisəsinin üstü açılıb.
Trend-in məlumatına görə, “Azərsığorta” Dövlət Kommersiya Şirkətinin Tovuz rayon filialının müdiri Raya Bayramovanı qətlə yetirən şəxs saxlanılıb.
Həmin şəxs şirkətin baş mühasibi Vidadi Vəliyevdir. V.Vəliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Aparılan zəruri əməliyyat-istintaq tədbirləri nəticəsində V.Vəliyev qətl hadisəsini törətdiyini etiraf edib. O, istintaqa ifadəsində qətli pul mübahisəsi üstə törətdiyini bildirib. V. Vəliyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisə yerinə aparılıb və cinayət yerində dindirilib.


Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Tovuz Rayon Məhkəməsinin qərarı ilə V.Vəliyev barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa cəlb edilib.
Qeyd edək ki, aprelin 22-də “Azərsığorta” Dövlət Sığorta Şirkətinin Tovuz rayon filialının müdiri Raya Nəsrəddin qızı Bayramova iş otağında küt alətlə qətlə yetirilib.

Onun müavini Vidadi Bəhman oğlu Vəliyev şahid qismində ifadə verərkən bildirib ki, o şirkətə daxil olmaq istəyib, lakin qapı bağlı olduğu üçün binanın damına çıxıb, nəticədə damdan yıxılaraq xəsarət alıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR