17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ADAM ÖLDÜRƏN GORANBOYLUYA HÖKM OXUNDU
Rahib Zəhra haqqında rüsvayedici materiallar yayacağı ilə hədələyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Goranboy rayon sakini Elmar Bayramovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
"EMTV.az" xəbər verir ki, ötən il sentyabrın 18-nə keçən gecə 3 saylı kliniki xəstəxanaya çatdırılan Rahib Əhmədov (1982-ci il təv.) ağır dərəcəli kəllə-beyin travması nəticəsində dünyasını dəyişib. Əvvəl həmin şəxslər bildiriblər ki, guya ölən şəxs yıxılaraq, xəsarət alıb, lakin sonra araşdırma zamanı məlum olub ki, zərərçəkən kənar şəxslərin yetirdikləri xəsarətlərdən ölüb.
Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda cinayət işi başlanıb, təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, R.Əhmədov (1990-cı il təv.) ağır dərəcəli travmatik şokdan vəfat edib. Səhərisi gün cinayətin törədilməsində şübhəli bilinən Elmar Bayramov və onun tanışı Rövşən Məmmədov Nərimanov RPİ 17-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Dindirmə zamanı Elmar əvvəl yalan danışdığını, əslində onunla Rahib arasında şəxsi münasibətlərin aydınlaşdırılması zəminində mübahisə olduğunu və dava zamanı ona yumruqla, həm də küt alətlə zərbələr vurduğunu bildirib. Digər saxlanılan şəxs ifadəsində isə davada iştirak etmədiyini və Əhmədova bədən xəsarətləri yetirmədiyini göstərib.
İstintaqın gedişatında R.Məmmədov təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb olunmayıb, o, şahid kimi tanınıb.
Məhkəmə prosesində Elmar Bayramov ifadəsində göstərib ki, yoldaşının bacısı Zəhra Xəlilova internetdə, sosial şəbəkədə vaxtı ilə tanış olduğu və yazışdığı cavan oğlandan şikayət edib.
Sonuncu deyib ki, həmin şəxs ona hədə-qorxu gəlir, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyir və ondan pul tələb edir. Bu səbəbdən Elmar ondan xahiş edib ki, Zəhra Rahibi Dərnəgül qəsəbəsində görüşə çağırsın, sentyabrın 17-də o dostu Rövşənlə kafedə yeyib-içərkən baldızı zəng edib, Rahibin həmin yerə gələcəyini bildirib.
Rahib Zəhra haqqında rüsvayedici materiallar yayacağı ilə hədələyib.
Oradan çıxan dostlar görüş təyin edilən yerə yollanıblar və Elmar Rahibə yaxınlaşıb, ondan həmin şəxs olub-olmadığını dəqiqləşdirib. Sonuncu ondan “sən kimsən?” soruşanda, Bayramov “mən Zəhranın qohumuyam” deyib.
Bundan sonra, onların aralarında başlayan sözlü mübahisə davaya çevrilib. Dava zamanı Elmar Rahibə çoxsaylı bədən xəsarətləri yetirib, ola bilər ki, yerə yıxılarkən zərərçəkən başı ilə küt alətlərə dəyib. Hadisədən sonra o, Rövşənlə birgə Əhmədovu taksiyə əyləşdirib xəstəxanaya gətiriblər və qəbul otağında həkimlərə deyiblər ki, guya Rahib sərxoş vəziyyətdə təsadüfən yıxılıb və başından xəsarət alıb.
E.Bayramov Rahib Əhmədovu qəsdən öldürmək istəmədiyini bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.