SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Moskva-Bakı münasibətlərində kritik “U dönüşü” – Putin sınaqla üz-üzə

25-04-2017, 10:29 | Oxunub: 8 768 |

Moskva-Bakı münasibətlərində kritik “U dönüşü” – Putin sınaqla üz-üzə
Şimaldan mühüm gözlənti – qərar nə olacaq?; Bu gün Rusiyadakı azərbaycanlıların ən böyük diaspor təşkilatının taleyinə nöqtə qoyulacaq; erməni diaspor liderinin yubileyinə öz mətbuat katibini və xarici işlər nazirini yollayan Kreml başçısı heç olmasa, ÜAK-ı saxlayacaqmı? Sevinən erməni olacaq, yoxsa...

Bu gün Azərbaycan-Rusiya münasibətləri üçün kifayət qədər önəmli sayılan bir hadisə gözlənilir: Rusiya Ali Məhkəməsində ölkə Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası ilə bağlı məhkəmə iclası keçiriləcək. İki həftə öncə - aprelin 11-də təxirə salınan qərarla bağlı vaxt yəqin ki, bir daha uzadılmayacaq.

Əslində iki həftənin özü də Azərbaycana bir jest idi ki, Rusiya Ali Məhkəməsi məsələnin həssaslığının və ciddiliyinin fərqindədir. Bu da sözsüz ki, ən əvvəl rəsmi Kremlin vəziyyətə həssas münasibətindən qaynaqlanan bir gəlişmə idi ki, ləğv qərarının çıxarılması iki həftə ertələndi.
Moskva-Bakı münasibətlərində kritik “U dönüşü” – Putin sınaqla üz-üzə
Yada salaq ki, Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində ölkə qanunvericiliyinin pozulduğunu, eləcə də qurumun öz nizamnaməsinin müddəalarını pozduğunu əsas göstərərək, Ali Məhkəməyə müraciət ünvanlayıb. Ədliyyə Nazirliyi bəyan edib ki, “İctimai Təşkilatlar haqqında” Qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib, lakin xəbərdarlıqlar nəticə verməyib, ÜAK-ın sənədləri qaydasına salınmayıb.


Bu gün isə məhkəmə iki mümkün qərar variantından birini seçəcək: ya ÜAK-ın qeydiyyatı ləğv olunacaq, ya da Ədliyyə Nazirliyinin müraciəti rədd ediləcək. Daha doğrusu, nazirliyə tövsiyə olunacaq ki, son qərarı özü çıxarsın. Çünki diaspora təşkilatları ilə bağlı qərarları ancaq Rusiyanın Ədliyyə Nazirliyi verə bilər. Nazirlik isə siyasi müşahidəçilərə görə, bu günədək ÜAK-ın fəaliyyəti ilə bağlı hansısa qərar çıxarmayıb. Görünür, buna risk etməyib və o səbəbdən məsuliyyəti Ali Məhkəmənin daşımasını istəyir.


Belədirsə, o zaman Rusiya Ədliyyə Nazirliyi situasiyanın həssaslığından, xüsusən də məsələnin iki dövlət arasında münasibətlərə mümkün təsirindən və ictimailəşməsindən çıxış edərək, bir daha ÜAK-dan sənədləri qaydaya salmağı istəyə bilər. Böyük ehtimalla, vəziyyət bu istiqamətdə də inkişaf edəcək.
Yəqin ki, təşkilatı təmsil edənlər, həmçinin bütövlükdə Azərbaycan tərəfi də ötən iki həftədə lazımi nəticə çıxarıb və qurumun qalması üçün gərəkən minimum hüquqi, siyasi addımları atıb. Hər necə olmasa, ÜAK iki ölkənin münasibətləri üçün bir brend anlamı daşıyır və onun ləğvi ikitərəfli əlaqələrə yalnız soyuqluq gətirəcək, Azərbaycan toplumunda Rusiya dövlətinə qarşı inamsızlığı daha da artıracaq - ləğv qərarı nə qədər hüquqi və əsaslı olsa belə. Sadalanan səbəblərdən bugünkü məhkəmə qərarının ikitərəfli münasibətlərdə hətta bir “U dönüşü” yaradacağı da istisna olunmur.

Onsuz da Qarabağ məsələsində Kremlin tutduğu məlum mövqeyə görə Rusiyaya qarşı Azərbaycan toplumunda dərin inamsızlıq var. Üstünə ÜAK-ın ləğvi də gələrsə, bundan yalnız ermənilər sevinəcək və münaqişənin həllində Kremlin iddia elədiyi qərəzsiz və tərəfsiz mövqeyə inam daha da sarsılacaq. Odur ki, məsələnin Azərbaycan qədər də Rusiya rəhbərliyi üçün mühüm əhəmiyyət daşıdığına əmin ola bilərik.


Yeri gəlmişkən, ÜAK-ın ləğvi məsələsi gündəmdə ikən, məsələdə “erməni barmağı”nın olması haqda çoxsaylı iddialar fonunda prezident Vladimir Putin Rusiyadakı erməni diasporunun rəhbəri Ara Abramyanın 60 illik yubileyi münasibətilə Moskvadakı restoranların birində keçirilən törənə öz mətbuat katibi Dmitri Peskovu və xarici işlər naziri Sergey Lavrovu göndərmişdi. Eyni zamanda o, yubilyara təbrik müraciəti ünvanlamışdı. Üstəlik, həmin tədbirə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan da qatılmışdı.


Rəsmi Kremlin ermənilərə və Qarabağ separatçılarına bu cür xoşməramlı jesti ÜAK mövzusunun aktual olduğu günlərdə haqlı olaraq, Azərbaycan ictimai fikrində böyük qıcıq doğurdu. Sual ortaya çıxır: görəsən, Rusiyadakı azərbaycanlı diasporun rəhbərinin də yubiley məclisinə Putin öz sözçüsünü və xarici işlər nazirini göndərərmi?
Moskva-Bakı münasibətlərində kritik “U dönüşü” – Putin sınaqla üz-üzə
Cavab ritorikdir. O zaman bu, bir yana, Moskva heç olmasa, ÜAK-ın ləğvinə qarşı özündə iradə tapacaqmı? Bu gün bu suala cavab məlum olacaq.

Bir daha xatırladaq ki, ÜAK 2001-ci ildə mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə təsis olunub və təsis konfransında Rusiya prezidenti Vladimir Putin da iştirak edib. Bundan başqa, Azərbaycan və Rusiya prezidentləri ÜAK-ın qurultaylarına təbrik məktubları göndərib, qurumun fəaliyyətini yüksək qiymətləndiriblər. Ötən ilin dekabrında Moskvada ÜAK-ın IV Qurultayında təşkilatın rəhbər orqanlarına yeni seçkilər keçirilib. Tanınmış ictimai xadim, tibb elmləri namizədi, professor Fazil Qurbanov qurumun yeni prezidenti seçilib.

Qurultayda ÜAK-ın Rəyasət Heyəti və Mərkəzi Şurasına yeni üzvlər də seçilib. Qurumun vitse-prezidentləri sırasında da kifayət qədər tanınmış şəxslər yer alıb. Məsələn, Mixail Qusman, dünyada tanınmış iş adamları Qod Nisanov, İsgəndər Xəlilov və dünya şöhrətli rəssam Tahir Salahovun adını çəkmək kifayətdir. Son qurultayda isə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçi də iştirak edib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR