SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Rusiya böyük hücuma hazırlaşır: Qroznı, Ruanda və Srebrenitsa və...

31-10-2016, 11:05 | Oxunub: 11 703 |

Rusiya böyük hücuma hazırlaşır: Qroznı, Ruanda və Srebrenitsa və...Rusiya müxalifət tərəfindən qismən tutulmuş Suriyanın Hələb şəhərinə bu həftə hücüm etmək niyyətindədir.
Emtv.az xəbər verir ki, bu haqda kəşfiyyatdakı şəxsi mənbələrə istinadən Böyük Britaniyanın “The Times” qəzeti bildirib.
Qəzetin məlumatına görə, Kreml prezident seçkiləri ilə əlaqədar Vaşinqtonun xarici siyasətində yaranan müvəqqəti zəiflikdən istifadə edərək Hələbi tutmağı planlaşdırır. “Bundan sonra Moskva ABŞ-ın yeni prezidentini artıq baş vermiş fakt qarşısında qoyacaq”, - mənbə deyib.
Bildirilir ki, “Admiral Kuznetsov” təyyarədaşıyan gəminin başçılıq etdiyi Rusiya donanmasının Suriya sahillərinə doğru üzməsi də Hələbə planlaşdırılan hücumla bağlıdır.
Təhlükəsizlik və müdafiə məsələləri üzrə Kral İnstitutunun (RUSİ) keçmiş direktoru Maykl Klarkın fikrincə, Hələbə zərbələr mülki əhali arasında çoxsaylı qurbanın olmasına gətirib çıxaracaq və hücumu 1999-2000-ci illərdəki Qroznıya hücumla müqayisə etmək mümkün olacaq. “Biz bu barədə gələcəkdə heyfsilənərək danışacağıq. Necə ki, Ruanda və Srebrenitsa qətliamları haqqında indi danışırıq”, - o, deyib.
Oktyabrın 26-də NATO-dan bildiriblər ki, Suriya istiqamətinə yollanan “Admiral Kuznetsov” Hələbə zərbələrin vurulması üçün istifadə edilə bilər. Rusiyanın Xarici İşlər Nazirliyi isə qeyd edib ki, belə şübhələr üçün əsas yoxdur.
Oktyabrın 28-də isə Suriya müxalifəti Hələb şəhərinin mərkəzindəki mühasirəni yarmaq üçün hökumət qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayıb. Müxalif qruplar şəhər mərkəzindəki rejim mövqelərini ağır silahlarla vurmağa başlayıb. Məlumata görə, müxalifət gücləri hökumət qoşunlarının nəzarət etdiyi Hələbin qərb rayonlarına yüzlərlə raket atıb. Qeyd edilir ki, hücumda bütün müxalifət qruplaşmaları iştirak edir.
Hələbdə müxalifətin hücumunun başlanmasından bir neçə saat sonra Rusiya Baş Qərargahı prezident Vladimir Putinə Hələbin şərqində müxalifət qüvələrinə zərbələr endirməyə icazə verməyi xahiş edib.
Lakin Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Vladimir Putin hazırda Hələbə aviazərbələrin yenilənməsini məqsədə uyğun hesab etmir. Amma onun sözlərinə görə, Rusiya Suriya qoşunlarına dəstək üçün bütün vasitələri tətbiq etmək hüququnu özündə saxlayır. Dmitri Peskov əlavə edib ki, Hələbdə hərbi əməliyyatların yenilənməsi haqqında qərar Baş qərargahın tövsiyələri əsasında Vladimir Putin tərəfindən qəbul ediləcək.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR