SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ankara 5 rayonun qaytarılacağını təsdiqlədi – Qarabağ üçün sabah qərar veriləcək

13-10-2016, 10:57 | Oxunub: 6 566 |

Ankara 5 rayonun qaytarılacağını təsdiqlədi – Qarabağ üçün sabah qərar veriləcəkRegionda Türkiyə, Azərbaycan və Rusiya formatının yaradılması ilə bağlı atılan addımların Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir edəcəyinə dair gözləntilər var. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun 5 rayonun qaytarılması ilə bağlı açıqlaması da bunu deməyə əsas verir.

Emtv.az xəbər verir ki, Çavuşoğlu Ermənistanın Azərbaycanın işğal etdiyi torpaqlarının ən azından 5 rayonundan geri çəkilməsinin gündəmdə olduğunu bildirib.

Qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya ilə razılığa gəlinib.

“Rusiya bu ideyanı bizimlə bölüşdü və biz dəstəklədik. Qarabağ münaqişəsinin həlli üçün nə lazımdırsa, edirik. Ermənistanla münasibətlərimizi normallaşdırmaq üçün addımlar atdıq. İsveçrədə razılaşma imzaladıq, təəssüf ki, nəticəsi olmadı. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Rusiya bir neçə konstruktiv təklif irəli sürüb. Ermənilərin Azərbaycanın işğal edilmiş torpaqlarının ən azı 5 rayonundan geri çəkilməsi gündəmdədir. Bunu dəstəklədiyimizi dedik. Azərbaycan tərəfi ilə müzakirələr apardıq. Bu cür addımlar atılarsa, Azərbaycanın qəbul edəcəyi hər cür həll yolunu dəstəkləyirik. Ermənistanla münasibətləri normallaşdırmaq istəyirik. Münaqişə həll olunarsa, Azərbaycanın da eyni addımları atacağını düşünürük” – Türkiyənin baş diplomatı vurğulayıb.

Çavuşoğlunun bu açıqlaması pərdəarxasındakı danışıqları müəyyən qədər ortaya çıxarır. Hansı ki, ciddi razılığın olduğu haqda məlumatlar hələ iyunun 20-də Rusiya prezidenti Vladimir Putinin təşkilatçılığı ilə keçirilən prezidentlərin Sankt-Peterburq görüşündən sonra yayılmışdı. Azərbaycan tərəfi bunu rəsmi şəkildə açıqlasa da, Ermənistan tərəfi tələsik təkzib etdi. Erməni ictimaiyyətinə hesablanmış bu açıqlama o qədər də təəccüblü deyildi.

Digər tərəfdən, MDB dövlət başçılarının Bişkekdə keçirilən son toplantısında Sarkisyanın uydurmalarına cavab verən Azərbaycan Prezidenti İlham Əliyevin “bununla bağlı ciddi işlər aparılır, ona görə də çox danışmaq istəmirəm” deməsi də pərdəarxasındakı müzakirələrə işarə idi.

Hesab etmək olar ki, danışıqlar Rusiyanın planları əsasında aparılır. Bu plana görə, əvvəlcə 5 rayon qaytarılır, iki rayonun qaytarılması ilə bağlı müzakirələr başlanır. Qaçqın və məcburi köçkünlər evlərinə qayıdır. Qarabağın statusunun həllinə qədər bölgədə təhlükəsizliyi sülhməramlılar təmin edir. Moskva sülhməramlıların rus hərbiçilərindən ibarət olmasını istəyir. Bu Azərbaycanın maraqlarına uyğun deyil. Lakin Bakının bu planla razılaşdığını düşünsək, ehtimal ki, sülhməramlıların tərkibində türk hərbiçiləri də təmsil olunacaq. Azərbaycan tərəfi məhz bu şərtlə plana razı ola bilər. Türk hərbiçilərinin də bu missiyada yer alması gələcək təhlükənin təsirini azaldır. Əvəzində 20 ildən artıqdır davam edən status-kvo dəyişir. Çünki vaxt faktiki olaraq Azərbaycanın ziyanına işləyir.

Bu planın nə vaxt tətbiq olunacağı isə sual altındadır. Çünki nəzəri cəhətdən hər şey mümkün görünür, rəsmilər razılaşmanın olduğunu bəyan edirlər, ilk dəfədir ki, Rusiya münaqişənin həllində maraqlı tərəf kimi görünür, lakin Ermənistanın nə edəcəyi bəlli deyil.

Sarkisyan hakimiyyəti Putinə qarşı çıxa bilmir. Danışıqlarda şərtlərə razılıq verməsinin səbəbi də bu ola bilər. Lakin Ermənistan daxilində hakimiyyətin atacağı addımlar müəmmalıdır.

Bununla yanaşı, İrəvanın Rusiya qarşısında “mərkəzdənqaçma” gedişləri etdiyi də müşahidə olunur. Misal üçün, İstanbulda 23-cü Dünya Enerji Konqresi çərçivəsində bir araya gələn İlham Əliyev, Ərdoğan və Putinə cavab olaraq Sarkisyan ABŞ-a səfər etdi. Bu səfər iqtisadi investisiyalarla bağlı olsa da, erməni prezidentin ABŞ-ın vitse-prezidenti Co Baydenlə eyni sırada dayanması diqqətdən yayınmır. Görünür, İrəvan Amerikadan kömək istəyir. Regionda Rusiya və Türkiyənin yaxınlaşmasını, yeni birlik formatının qurulmasını istəməyən Vaşinqton ermənilərə dəstəyi artıracaq. Yaranmış atmosferi pozmaq üçün amerikalıların əlindəki son kozır budur. Lakin bu nə dərəcədə mümkün olacaq? Sualın cavabı dəqiq olmasa da, müsbət də deyil.

Sabah Vladimri Putin İrəvana gedir. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak edəcək. Təbii ki, İrəvanda Qarabağla bağlı da ayrıca müzakirələrin olacağına şübhə yoxdur. Ehtimallara görə, Putin İstanbulda aparılan müzakirələrdən sonra verilən qərarla bağlı Sarkisyanı təlimatlandıracaq. Söhbət məhz Çavuşoğlunun açıqladığı 5 rayonun qaytarılması və digər məsələləri özündə əks etdirən plandan gedir. Sarkisyan bu planla Sankt-Peterburqda razılaşmışdı. Lakin regionda baş verən bir sıra proseslər, xüsusilə Suriya məsələsi Qarabağı ikinci plana keçirdi. Vəziyyətdən istifadə edən Sarkisyan əvvəlki razılıqdan boyun qaçırmağa çalışdı. Sabah onun Putinə nə deyəcəyindən çox şey asılıdır. Sarkisyan “yox” deyə bilər, amma bu az ehtimal olunandır. Çünki onun və Ermənistanın gələcəyi Putinin əlindədir. ABŞ-a söykənmək isə xülya kimi görünür.

Birincisi, Amerika Ermənistana birbaşa müdaxilə edə bilmir. Türkiyənin Rusiya ilə yaxınlaşması Vaşinqtonun bu bölgədə əlini xeyli zəiflədib.
İkincisi, ABŞ üçün hazırda prirotet məsələ Suriya və daxili seçkilərdir.

Sarkisyanın ata biləcəyi yeganə addım daxildə süni etirazlar təşkil etməkdir. Hansı ki, indiyə qədər Rusiyanı şantaj etmək üçün bu üsula əl atıb. Amma KTMT-yə üzv ölkələrdə kütləvi aksiyaların yatırılmasında birbaşa qurumun öz qüvvələrinin iştirakı haqda ümumi razılıq onun bu yolunu da bağlayır. Deməli, Qarabağla bağlı sabah mühüm proseslərin başlanğıcı qoyula bilər.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR