SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Rüfət Aslanlının nağdsız hesablaşma ilə bağlı daxili qərarı qanunu pozur”

21-04-2017, 10:39 | Oxunub: 7 849 |

“Rüfət Aslanlının nağdsız hesablaşma ilə bağlı daxili qərarı qanunu pozur”
Mirvari Qəhrəmanlı: “Rüfət Aslanlı, eləcə də bəzi dövlət qurumlarının rəhbərləri QHT-lərlə biznes qurumlarını səhv salırlar”

“İrəli” İctimai Birliyinin sədri; “Qanunun tələbi 15.000 manat olduğu təqdirdə banklara göndərilən daxili qərarla bu vəsaitin məbləğinin 5.000 manata endirilməsi “Nağdsız hesablaşmalar haqqında” qanuna qarşı çıxmaq deməkdir”

Maliyyə Bazarlarına Nəzarət Palatasının nağdsız bank əməliyyatlarının aparılması ilə bağlı verdiyi qərar ictimai sektorda ciddi etiraza səbəb olub. Qeyri Hökumət Təşkilatlarının (QHT) nümayəndələri bu qərara etiraz edirlər. Hesab olunur ki, bu sahədə ciddi problemlər var və bu qərarın inzibati qaydada məcburi tətbiq edilməsi yanlışdır və heç bir effekt verməyəcək. Digər tərəfdən nağdsız hesablaşmaların həyata keçirilməsi üçün infrastruktur demək olar ki, yox səviyyəsindədir. Bu səbəbdən QHT-lər hesablarındakı pullardan istifadə edə bilmir və faktiki olaraq onlar QHT Şurasından aldıqları, dövlət mənafelərinin qorunmasına hesablanmış layihələri icra edə bilmirlər. Faktiki olaraq QHT sektoru iflic duruma düşüb.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov mətbuata danışarkən bildirdi ki, bu problemlə onlara da tanışdır: “Bizə müraciətlər də var. Biz bu məsələ ilə maraqlanırıq. Hazırda QHT Şurasının üzvləri, eyni zamanda digər QHT-lərin ekspertləri məsələni araşdırırıq. Bildiyiniz kimi, bizdə vaxtaşırı qanunvericilik bazasında dəyişiklik olunur. Qanunvericilik bazası ilə bu məsələnin əlaqəli olub-olmaması üzərində hazırda bizim ekspertlərimiz araşdırma aparırlar. Yəqin ki, bütövlükdə vətəndaş cəmiyyəti sektoru üçün bu, hazırlıqsız bir vəziyyətdir. Buna bizim QHT-lər hazır deyillər. Ona görə də bu bizi narahat edir. Biz vəziyyəti tam öyrəndiksən sonra - o zamana qədər digər bir çıxış yolumuz olmasa, cənab prezidentə müraciət etməli olacağıq. Çətinliklər ondan ibarətdir ki, QHT nümayəndələri bu yeniliyə hazır deyillər, ən azından öncədən maarifləndirmə işləri aparmaq lazım idi. Bir il öncədən xəbərdarlıq olunmalı idi, bütün büdcələr, layihələr yeni tətbiq olunan qaydalara uyğunlaşdırılmalı idi. Hazırda müqavilələr imzalanıb, hər şey hazır vəziyyətdədir. Artıq vəsaitin alınması ilə bağlı çətinliklər var. Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsinə görə banklardan 5 min manatdan artıq nağdsız vəsait götürmək mümkün deyil. Bu məsələ ümumilikdə QHT-lər üçün çətinlik yaradıb. İndi biz bu məsələnin mahiyyəti ilə tam tanış olduqdan sonra mətbuatda daha ətraflı fikirlərlə çıxış edəcəyik”

“Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi” İctimai Birliyinin rəhbəri Mehriban Vəzir yeni tətbiq olunan qaydanın QHT-lər üçün çox ciddi çətinliklər yaratdığını bildirdi: “Biz bunu anlaşılmazlıq və səriştəsizlik sayırıq. Məsələ müzakirə edilməlidir, amma təkbaşına və işdən xəbərsiz adamlar tərəfindən deyil, sahə üzrə çalışanlar və bu çətinliklərin altında əzilənlərin iştirakı ilə müzakirə edilməlidir. Əlaqədar təşkilatlar vətəndaşın işini qəlizləşdirmək yox, ona çalışması, ölkəyə vəsait gətirməsi, daha çox qazanıb, daha çox vergi ödəməsi üçün çalışmalıdır. Nə yazıq ki, hazırda bunun əksini görürük. Vətəndaş cəmiyyətinə və vətəndaşa qarşı qərəz görürük. Bunun məntiqi isə sağlam deyil”.

Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı isə qəzetimizə danışarkən bildirdi ki, MBNP-nın sədri Rüfət Aslanlı, eləcə də bəzi dövlət qurumlarının rəhbərləri QHT-lərlə biznes qurumlarını səhv salırlar: “Yaxşı olar ki, onlar QHT-nin nə olduğunu, bu təşkilatların nizamnaməsinin nədən ibarət olduğunu, hansı işlər gördüyünü öyrənsinlər. Bu qərar QHT-lərin işini çətinləşdirəcək. QHT Şurasının layihəsini biz regionlarda həyata keçirməliyik. Əgər həmin regionda bir eksperti layihəyə cəlb edəcəyiksə, gərək ona VÖEN və bank hesabı açaq. Adi bir görüş keçirmək üçün yer icarəyə götürürüksə, onların da bank hesabı olmalıdır. Bizi rayona aparan sürücünün belə bank hesabı olmalıdır. Onlar bu yolla QHT-lərin işini bir neçə qat çətinləşdirirlər. Azay Quliyev də bununla bağlı öz mövqeyini bildirdi. Görək prosesin davamı necə olacaq...”

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov da qanun layihəsində problemlərin olduğunu etiraf etdi: “Nağdsız hesablaşmalar ilə əlaqədar qanun layihəsini qəbul etdik , lakin o qanun layihəsində problemlər var. Bununla əlaqədar müzakirələr gedir. QHT Şurasının sədri Azay Quliyev də Milli Məclisdə bu məsələni qaldırdı. Həmkarlar təşkilatının sədri Səttar Mehbalıyev də məsələ qaldırdı. Burada bəzi məsələlər var ki, qanun layihəsindən ayrılmalıdır. İstehsalatın inkişafı, real sektorun inkişafı üçün müəyyən problemlər həll olunmalıdır”.

"Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4 və 3.5- ci maddələrinin implementasiyasına dair 04/15-174 nömrəli tərəfindən verilən daxili qərarla qanunun tələblərini ciddi şəkildə pozur".

Modern.az xəbər verir ki, bu sözləri “İrəli”İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. "İrəli" sədri bildrib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları arasında 3000-dən artıq fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının fəaliyyətinin müəyyən daxili qərarlar əsnasında sıxışdırılması və qanun tələblərinin doğru icra olunmaması fəaliyyətdə olan təşkilatların həyata keçirilməkdə olan layihələrinə və bilavasitə öhdəliklərinə ciddi problemlər yaratmaqdadır.

"Qanun layihəsinin icrasına tələsməkdə olan bəzi banklar, MBNP-nın daxili qərarı ilə Qeyri-hökümət təşkilatları haqqında qanuna, Qrant haqqında olan qanuna və s. qanun müddəalarının tələblərini pozmaqdadır. Azərbaycanda daima vətəndaş cəmiyyəti institutları bilavasitə QHT-lər və Gənclər təşkilatları bütün proseslərdə yaxından iştirak etmiş, Azərbaycan dövlətinin maraqlarının qorunmasında, gənclərin inkişafında əvəzsiz və aparıcı rola malik olmuşdur. Belə ki, regionlardakı gənclərin stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, yeni biliklərin əldə olunması, eynisi ilə beynəlxalq layihələrdə müxtəlif tərəfdaşlıqda iştirak edən təşkilatların fəaliyyəti banklar tərəfindən daxili qərar əsnasında məhdudlaşdırılmaqdadır. Qrant müqaviləsini dövlət satınalma müqaviləsi ilə, ictimai birlikləri isə sahibkarlıq obyektləri ilə səhv salan banklar qeyri - hökumət təşkilatına, o cümlədən gənclər təşkilatlarına sadələşmiş vergi ödəyicisi kimi ayda 15.000 manata qədər qrant vəsaitini nağdlaşdırmağa qanunla qadağa qoymaq hüququna malik deyil. Qanun tələbi 15.000 manat olduğu təqdirdə banklara göndərilən daxili qərarla bu vəsaiti 5.000 manata endirilməsi Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanununa qarşı çıxmaq deməkdir. Banklar qarşısında xüsusi cərimələrlə çıxış edən MBNP-sı, onlara xüsusi aktlar tərtib etməklə bankların imicini təşkilatlar, fiziki və hüquqi şəxslər qarşısında daha da aşağı salmaqdadır.

Bu kimi problemlərlə qarşılaşan şəxslərin sayı günü-gündən artır və artıq ciddi problemlər olaraq səsləndirilir. Bizlər hər zaman Azərbaycanda vətəndaş cəmiyyəti institutların yaradılmış demokratik mühit haqqında danışdıqlarımıza, beynəlxalq təşkilatlar qarşısında müdafiə mövqeyində durmağımıza baxmayaraq bu kimi yaradılmış süni əngəllərin fəaliyyətimizdə problemlərin yaratması bəzi təşkilatlar üçün artıq bayraq funksiyası daşıyır ki, bu da bizlərin formalaşdığımız mühitə təsir edir. Azərbaycanda hamı ilə nağdsız hesablaşma tələbi qoyan MBNP-sı bankların verdiyi daxili qərarın bir çox müddəaları qanunu birbaşa təkzib edir.

Banklara verilən təlimatlardakı məzmun özü bu tələbləri qanun qarşısında yalnış istiqamətdə yönəldir. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin qeyri kommersiya təşkilatı olduğunu, bütün qeyri-kommersiya fəaliyyəti ilə vergi ödəmələrindən azad olduğunu, əsas məqsədinin gəlir əldə etmək olmadığını, əvəzi ödənilməyən dövlət maliyyəsi əsnasında alınan qrantları və xidməti müqavilələri sahibkarlıq obyekti olmadığını unudan banklar sırasında MBNP-nın qoyduğu tələblərə riayət edən bir çox banklar yer alır ki, onlar da daxili qərarları yalnış qaydada icra edir. Qanun tələblərimi üstündür yoxsa Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi daxili qərarmı bunu aydınlaşdırmağa çalışırıq ?!"


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR