SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Mirhəsən Seyidov palatanın qərarını tənqid etdi

20-04-2017, 11:30 | Oxunub: 8 197 |

Mirhəsən Seyidov palatanın qərarını tənqid etdi
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4 və 3.5- ci maddələrinin implementasiyasına dair 04/15-174 nömrəli tərəfindən verilən daxili qərarla qanunun tələblərini ciddi şəkildə pozur.

Bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. O, bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları arasında 3000-dən artıq fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının fəaliyyətinin müəyyən daxili qərarlar əsnasında sıxışdırılması və qanun tələblərinin doğru icra olunmaması fəaliyyətdə olan təşkilatların həyata keçirilməkdə olan layihələrinə və bilavasitə öhdəliklərinə ciddi problemlər yaratmaqdadır.

Qanun layihəsinin icrasına tələsməkdə olan bəzi banklar, MBNP-nın daxili qərarı ilə Qeyri-hökümət təşkilatları haqqında qanuna, Qrant haqqında olan qanuna və s. qanun müddəalarının tələblərini pozmaqdadır: “Azərbaycanda daima vətəndaş cəmiyyəti institutları bilavasitə QHT-lər və Gənclər təşkilatları bütün proseslərdə yaxından iştirak etmiş, Azərbaycan dövlətinin maraqlarının qorunmasında, gənclərin inkişafında əvəzsiz və aparıcı rola malik olmuşdur. Qrant müqaviləsini dövlət satınalma müqaviləsi ilə, ictimai birlikləri isə sahibkarlıq obyektləri ilə səhv salan banklar qeyri - hökumət təşkilatına, o cümlədən gənclər təşkilatlarına sadələşmiş vergi ödəyicisi kimi ayda 15.000 manata qədər qrant vəsaitini nağdlaşdırmağa qanunla qadağa qoymaq hüququna malik deyil. Qanun tələbi 15.000 manat olduğu təqdirdə banklara göndərilən daxili qərarla bu vəsaiti 5.000 manata endirilməsi Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanununa qarşı çıxmaq deməkdir”.

M. Seyidov bildirib ki, banklar qarşısında xüsusi cərimələrlə çıxış edən MBNP-sı, onlara xüsusi aktlar tərtib etməklə bankların imicini təşkilatlar, fiziki və hüquqi şəxslər qarşısında daha da aşağı salmaqdadır: “Bu kimi problemlərlə qarşılaşan şəxslərin sayı günü-gündən artır və artıq ciddi problemlər olaraq səsləndirilir.

Bizlər hər zaman Azərbaycanda vətəndaş cəmiyyəti institutların yaradılmış demokratik mühit haqqında danışdıqlarımıza, beynəlxalq təşkilatlar qarşısında müdafiə mövqeyində durmağımıza baxmayaraq bu kimi yaradılmış süni əngəllərin fəaliyyətimizdə problemlərin yaratması bəzi təşkilatlar üçün artıq bayraq funksiyası daşıyır ki, bu da bizlərin formalaşdığımız mühitə təsir edir.

Azərbaycanda fəaliyyət göstərən QHT-lərin qeyri kommersiya təşkilatı olduğunu, bütün qeyri-kommersiya fəaliyyəti ilə vergi ödəmələrindən azad olduğunu, əsas məqsədinin gəlir əldə etmək olmadığını, əvəzi ödənilməyən dövlət maliyyəsi əsnasında alınan qrantları və xidməti müqavilələri sahibkarlıq obyekti olmadığını unudan banklar sırasında MBNP-nın qoyduğu tələblərə riayət edən bir çox banklar yer alır ki, onlar da daxili qərarları yalnış qaydada icra edir. Qanun tələblərimi üstündür yoxsa Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi daxili qərarmı bunu aydınlaşdırmağa çalışırıq”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR