SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Valyutadəyişmə məntəqələri bu şərtlərlə açılacaq

20-04-2017, 09:54 | Oxunub: 8 965 |

Valyutadəyişmə məntəqələri bu şərtlərlə açılacaq
Azərbaycanda “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. Təklif edilən dəyişikliklər nəticəsində valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən təşkilati, texniki təchizat, təhlükəsizliyə dair tələblər, uçotun, hesabatın, sənədləşmənin vahid formaları, onların müddətləri, habelə həmin fəaliyyəti göstərəcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən ediləcək.

Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, qanun layihəsi aprelin 25-də Milli Məclisdə müzakirəyə çıxarılacaq: “Qanun layihəsində valyutadəyişmə, mübadilə məntəqələrinin yenidən bərpası nəzərdə tutulub. Qanun geniş şəkildə parlamentin plenar iclasında müzakirə ediləcək. Əvvəllər buna Mərkəzi Bankın nəzarət mexanizmi həyata keçirilirdi. Dəyişikliklərdə isə valyutadəyişmə məntəqələrinə nəzarətin Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə olunması nəzərdə tutulub. Bu baxımdan qanun qəbul olunduqdan sonra valyutadəyişmə məntəqələri fəaliyyətə başlaya bilər”.

V.Əhmədov bildirib ki, fiziki şəxslər dövlət rüsumu ödəməklə valyutadəyişmə məntəqələri işlədə biləcəklər: “Fiziki şəxslər 500 manat lisenziya haqqı ödəməklə (1 illik) valyutadəyişmə məntəqəsi işlədə biləcək. Dövlət rüsumu əvvəldə bu məbləğdə idi”.

İqtisadçı deyib ki, valyutadəyişmə məntəqələrinin bərpasından sonra “qara bazar”ın tamamilə sıradan çıxmayacaq:“Əslində valyutadəyişmə məntəqələrinin ləğv edilməsi “qara bazar”ın sıradan çıxmasına hesablanmışdı. Çünki bildirilirdi ki, valyuta bu məntəqələr vasitəsilə “qara bazar”a ötürülür. Faktiki olaraq valyutadəyişmə məntəqələrində valyuta yox idi. İndi görünən odur ki, məntəqələrin bağlanması effektiv nəticə vermədi.
”Qara bazar” indi də fəaliyyət göstərir. Bəzi fikirlər var ki, valyutadəyişmə məntəqələri yenidən açıldıqdan sonra “qara bazar” tamamilə yox olacaq. Amma mən valyutadəyişmə məntəqələrinin açılması ilə “qara bazar”ın sıradan çıxacağına inanmıram. Bunu birbaşa demək doğru deyil. Çünki bu, tətbiq ediləcək mexanizmdən, mübadilədən asılı olacaq. Əgər dollar və manat qıtlığı olmayacaqsa, “qara bazar” da olmayacaq. Mən valyutadəyişmə məntəqələrinin tərəfdarıyam. Amma dünyanın hər yerində valyutadəyişmə məntəqələri bankların nəzdində fəaliyyət göstərir və banklar vasitəsilə pul mübadiləsi aparırlar. İndi təklif edilən dəyişikliklə fiziki şəxslərin banka bağlı olmadan sərbəst fəaliyyəti nəzərdə tutulur”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR