SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Siqaret satışında süni problemlər yaradılır - Vergilər Nazirliyi

2-03-2017, 12:25 | Oxunub: 9 749 |

Siqaret satışında süni problemlər yaradılır - Vergilər Nazirliyi
2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara əsasən, ölkə ərazisində tütün məmulatlarının satışının nağdsız qaydada həyata keçirilməsi təsbit edilib.

Lakin bəzi iri topdansatış müəssisələri siqaretin nağdsız şəkildə satılmasına maraq göstərmir. Bu da eyni zamanda siqaretin satışında süni problemlər yaratmaq cəhdləri ilə nəticələnir.

Emtv.az xəbər verir ki, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov Azərtac–a müsahibəsində bu aktual mövzuya toxunub. Onun sözlərinə görə, qanuna əsasən, həmin məhsulların pərakəndə satışı istisna olmaqla, alqı-satqısı yalnız nağdsız qaydada aparılmalıdır. Pərakəndə satış mağazaları siqaret aldıqları topdansatış müəssisəsinin bank hesabına pul köçürməli, yaxud əməliyyatları bank kartları vasitəsilə həyata keçirməlidir. Qanunvericiliyin təkmilləşdirilməsinin əsas məqsədi aksizli malların satışı sahəsində şəffaflığa, ticarət obyektlərində uçot işinin düzgün təşkilinə nail olmaqdır. Bəzi pərakəndə satış obyektləri topdansatış şəbəkələrindən siqaret ala bilmədiklərini, firmaların kiçik sahibkarları siqaretlə təmin etmədiklərini iddia edirlər. Nəticədə isə mağazalarda siqaret qıtlığı yaranır.

Şamil Ərəbov deyib ki, tütün məmulatlarının nağdsız qaydada satışı 2016-cı ilin yanvarından nəzərdə tutulsa da, dövlət bu sahənin ticarəti ilə məşğul olanlara güzəşt edərək onlara 1 il müddət verdi. Bu, həmin malları satanların yeni qaydalara uyğunlaşmaq üçün hazırlıq müddəti idi.

Aparılan məlumatlandırma-təşviqat tədbirlərinə və yaradılmış bütün imkanlara baxmayaraq, ictimai iaşə, topdan və pərakəndə ticarət obyektləri, aksizli malların (tütün məmulatları) satışı ilə məşğul olan bəzi sahibkarlar fəaliyyətlərini yenə də qanun çərçivəsində qurmur və nağdsız hesablaşmalara keçmirlər. Siqaretin satışında süni problemlər yaratmaq cəhdlərinin kökündə də məhz bu amillər dayanır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR