SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Məruzə: "Avropa Şurasının insan haqları üzrə komissarı AŞ PA-da gizli erməni şəbəkəsinin aparıcı fiqurudur"

20-04-2017, 12:03 | Oxunub: 8 232 |

Məruzə: "Avropa Şurasının insan haqları üzrə komissarı AŞ PA-da gizli erməni şəbəkəsinin aparıcı fiqurudur"
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Soros Fondunun maliyyələşdirdiyi deputatlar, erməni məmurlar və QHT-lərdən ibarət “gizli şəbəkə”ni ifşa edən məruzənin ikinci hissəsini dərc edib.

Emtv.az trend-ə istinadən xəbər verir ki, AŞ PA-da gizli şəkildə çalışan erməni şəbəkəsinə həsr olunmuş sənəddə məruzənin müəllifləri şəbəkənin əsas fiquru olan “cənab X”in kimliyini açıqlayıblar.

“Cənab X” – 5 ildir ki Avropa Şurasının insan haqları üzrə komissarı və Sorosun əməkdaşı latviyalı Nils Muyjnieksdir.

Məruzədə bildirilir ki, 2012-ci ildə AŞ PA-ya seçilən N.Muyjnieks Soros Fondu ilə birbaşa əlaqəsi olan və həmin fond tərəfindən maliyyələşdirilən Avropa ölkələrinin baş nazirlərini, Ermənistanın rəsmi şəxslərini və QHT-ləri birləşdirən, Ermənistanın maraqlarına xidmət edən şəbəkənin əsas fiquru olub:

“Avropa Şurasındakı mövqeyi sayəsində Soros Fondu aralarında “Human Rights Watch”, Avropa Stabillik Təşəbbüsü (ESI), “Amnesty International”, İnsan Haqları Evi, hətta “Açıq dialoq” kimi tanınmış QHT-lərdə mühüm rol oynayıb”.

Qeyd olunub ki, bu intensiv fəaliyyət erməni lobbisinin siyasi mövqeyini Avropa Şurasına, həmçinin Avropa Parlamentinə “sırımağı” qarşısına məqsəd qoyub və bu fəaliyyətə daha çox şəxsin qatılmasına çalışır: “Şəbəkə, xüsusən, Şimal və Baltik ölkələrini, Niderlan və alman sosialistlərini təmsil edən baş nazirlərin “ovunda” fəallıq göstərir”.

Hesabatda N.Muyjnieksin AŞ komissarı olduğu son 5 il ərzində Soros Fondu ilə əlaqəsi olan QHT-lərin eyni vaxtda və paralel olaraq AŞ PA-nın plenar iclaslarında bir neçə tədbir təşkil edərək tanındığı qeyd olunan cədvəl göstərilib.

Sənəddə deyilir ki, N.Muyjnieks və bir sıra digər deputatlar Soros şəbəkəsinin və Ermənistanın konkret maraqlarının müdafiəsini rəhbər tutaraq AŞ PA-nın etik prinsiplərini və əxlaq kodeksini pozur:

“Onlar hətta beynəlxalq hüququ pozaraq fəaliyyət göstərirlər. Bununla əlaqədar olaraq, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalını və azərbaycanlı əhalinin köçkün vəziyyətinə düşməyə məcbur edilməsini pisləyən qətnamələrini (822, 853, 874 и 884) xatırladırıq”.

Bildirilir ki, Piter Omsiqt, Kristof Ştrasser, Frank Şvabbe və Tini Koks kimi AŞ PA üzvləri Parlament Assambleyasının plenar sessiyaları ilə paralel olaraq Soros şəbəkəsinin maraqlarının müdafiəsinə və Avropa Şurasın üzvlərinin yaxşı və pis qiymətləndirilməsinə yönəlmiş tədbirləri təşkil etməkdə ixtisaslaşıblar. Bu hücumun ilk qurbanları Azərbaycan, Rusiya və Türkiyə olub. Belə demək mümkünsə, Ermənstan tənqidlərdən “mühafizə olunur” və “nümunəvi millət” kimi təqdim edilir”.

Məruzədə vurğulanır ki, Azərbaycana qarşı tənqidləri heç zaman dayandırmayan N.Muyjnieks və P.Omsiqt Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı davamlı zorakılığını heç vaxt pisləməyiblər:

“Qeyd edək ki, N.Muyjnieksin AŞ komissarı kimi mandatı sona çatır və onu ən yaxın dostu və tərəfdaşı Kristof Ştrasser əvəzləmək istəyir. Şübhəsiz, bu ikisi belə düşünür ki, K.Ştrasser N.Muyjnieksi bu postda əvəzləsə, Soros şəbəkəsi və erməni şəbəkəsi adından öz fəaliyyətlərini davam etdirə biləcəklər”.

Xatırladaq ki, bundan əvvəl, mart ayında ESISC AŞ PA-da Ermənistanın xeyrinə və Azərbaycan əleyhinə amansız kampaniya aparan erməni şəbəkəsini ifşa edən məruzə dərc etmişdi.

“Erməni əlaqəsi deputatların və QHT-lərin gizli yığıncağı kimi” adlı sənəddə bildirilir ki, 2012-ci ildən etibarən AŞ PA-da beynəlxalq hüququn pozulması hallarının gizlədilməsi üçün şəbəkə yaradılıb və bu əsassız hücumlar gizli siyasi gündəliyin alətidir: Dağlıq Qarabağın qanunsuz işğalını müdafiə etmək və insan hüquqlarının müdafiəsi sahəsində şəxsi maraqları gizlətmək."

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR