SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İsmayıllı: rayon büdcəsinin gəlirlərinin icrası 105 faiz təşkil edib

15-04-2017, 13:26 | Oxunub: 12 624 |

İsmayıllı: rayon büdcəsinin gəlirlərinin icrası 105 faiz təşkil edib
İsmayıllı rayonunda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb.

Bildirilib ki, ilin ilk üç ayında rayonda sosial-iqtisadi sahədə uğurlu nəticələr qazanılıb. Bu müddətdə ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 33 milyon 234 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 358 min manat çoxdur. Əsas kapitala investisiya qoyuluşu 3 milyon 877 min manat artaraq 8 milyon 199 min manat təşkil edib.

Qeyd olunub ki, 2017-ci ildən başlayaraq rayon büdcəsi özünümaliyyələşdirmə ilə yəni respublika büdcəsindən dotasiya almadan icra edilir. Birinci üç ayda rayon büdcəsinin gəlir hissəsi 1 milyon 116 min manata qarşı 1 milyon 175 min manat icra olunub. Beləliklə də, büdcə gəlirlərinin icrası 105 faiz təşkil edib.

İlin ilk rübündə tikinti-quruculuq işləri davam etdirilib, yaşayış evləri, inzibati binalar, yollar tikilib və ya əsaslı təmir olunub. Keyvəndi kəndində 1500 başlıq iri heyvandarlıq təsərrüfatının, İsmayıllı şəhərində iki doqquzmərtəbəli yaşayış binasının, “Azərxalça” ASC tərəfindən xalça fabrikinin, Heydər Əliyev prospektində beşmərtəbəli otel binasının, Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə 8 yaşayış evinin və digər obyektlərin tikintisi davam etdirilir.

Hesabat yığıncağında kənd təsərrüfatının inkişafının bölgə üçün daim prioritet məsələ olduğu diqqətə çatdırılıb. Bu il 2098 hektar sahədə yazlıq bitkilər əkilib. Əkin sahələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 787 hektar çoxdur. Yaz əkini davam edir. Cari ildə tütün əkini sahəsinin 15 hektara çatdırılması nəzərdə tutulub. Bu məqsədlə Qurbanəfəndi, Topçu, Qalınçaq, Təzəkənd, Diyallı kəndləri ərazisində şum çıxarılıb, sahələrə arat suyu verilib. Şitil təminatı üçün 4 yerdə 2500 kvadratmetr örtülü sahədə tütün toxumu yetişdirilir. Kürdmaşı kəndində 12,5 milyon manat dəyəri olan aqroparkın yaradılması istiqamətində tədbirlər görülür.
İsmayıllı: rayon büdcəsinin gəlirlərinin icrası 105 faiz təşkil edib
Cari ildə barama istehsalı və əhalinin məşğulluq sahəsini artırmaq üçün 120 qutu ipəkqurdu toxumunun yetişdirilməsi məqsədilə kümçülərin siyahısı dəqiqləşdirilib. Rayonda ənənəvi sahə olan meyvəçilik inkişaf etdirilir. Bu il Kəlbənd, Qalınçaq kəndlərində 11,7 hektarda intensiv meyvə bağları, Qubaxəllili kəndində 40 hektar sahədə qoz bağı salınıb.

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq yeni fındıq bağlarının salınması istiqamətində xeyli iş görülüb. Ötən ilin payızında 458,7 hektar, cari ilin üç ayında isə 115 hektar sahədə yeni fındıq bağları salınıb. İlin sonunadək daha 1450 hektarda fındıq bağlarının salınması nəzərdə tutulub və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Məruzə və çıxışlarda taxılçılığın inkişafı, heyvandarlıq sahəsində qazanılan uğurlar geniş təhlil olunub. Habelə, əhalinin təbii qaz, elektrik enerjisi ilə normal təminatı, təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, idmanda qazanılan uğurlar, turizmin inkişafı, əhalinin məşğulluğunun artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə danışılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR