18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“İnsan hüquqlarını kənara qoyur, maddi maraqlara üstünlük verirlər” – Siyavuş Novruzov
“Bu gün neft və digər təbii sərvətlərə görə ölkələrin başına ağır hadisələr gətirilir. Bu cür addım atanlar insan hüquqularını kənara qoyur, maddi maraqlara üstünlük verərək bu addımları atırlar”.
Emtv.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisn İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Bakıda “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, artıq həmin ölkələrdə dövlət siyasəti belə hadisələr fonunda formalaşır: “Belə bir dövrdə Azərbaycan kimi kiçik dövlət böyük addım ataraq İslam həmrəyliyi elan edib. Bu missiyanı Azərbaycan Prezidenti İlham Əliyev öz üzərinə götürdü. Prezidenti qeyd etdi ki, İslam oyunlarında bir sıra İslam ölkələrinin idmançıları bir-birilərinin əlini sıxacaqlar. İslam ölkələrinin rəhbərləri də öz maddi maraqlarını kənara qoyub bir-birlərinin əlini sıxmalıdırlar. İslam həmrəyliyi oyunlarının simvolu olaraq su götürülüb. Bunun böyük mənası var. Su İslam ölkələrindəki alovun söndürülməsi üçün mühüm rol oynayacaq”.
Emtv.az