SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

15-03-2017, 13:19 | Oxunub: 8 284 |

Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
Emtv.az-ın report-a istinadən məlumatına görə, müraciətdə tədbirin yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şəraitə və diqqətə görə dövlət başçısına minnətdarlıq bildirilib: "Sizin tərəfinizdən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması olduqca əhəmiyyətli və zamanın tələblərinə cavab verən mühüm bir çağırışdır. Çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. O, xristianlıq və yəhudilik kimi səmavi dinlərin təşəkkülündə, eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Şərq və Qərbin birləşmə nöqtəsi sayılan Azərbaycan tarixi “İpək yolu” dəhlizi vasitəsilə təkcə iqtisadi tərəqqiyə deyil, dinlər və məzhəblər arası münasibətlərin inkişafına da əvəzsiz xidmətlər göstərib".
Müraciətdə qeyd olunub ki, Azərbaycan özünün xarici siyasətində Avropa və Qərb dövlətləri ilə əməkdaşlığa önəm verdiyi kimi, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının, İSECKO-nun, müsəlman ölkələrini təmsil edən digər mötəbər qurumların üzvü kimi İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub: "Siz Şərq və Qərbin iqtisadi və mədəni istiqamətlərini özündə birləşdirən bir sıra qlobal əhəmiyyətli forumların, İslam ölkələri mədəniyyət nazirləri ilə görüşlərin təşkilatçısı, məşhur Bakı prosesinin müəllifi kimi sivilizasiyalararası dialoqda Azərbaycanın aparıcı rolunu təsbit etmisiniz. Sizin təşəbbüsünüz ilə IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi, 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunması bir daha təsdiq edir ki, Azərbaycanda dini-mədəni və elmi potensialın inkişafındakı səy və xidmətləriniz son dərəcə yüksək təqdirə layiqdir".


Emtv.az/L.Xubyarzadə

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR