SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Dövlət qurumları at və eşşək əti satanlardan haqq alır"

4-04-2017, 10:10 | Oxunub: 7 993 |

"Dövlət qurumları at və eşşək əti satanlardan haqq alır"
Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda son günlər yaranan at və eşşək əti qalmaqalıyla bağlı sərt ittihamlarla çıxış edib.

Emtv.az milli.az-a istinadən xəbər verir ki, bakipost.az-a açıqlama verən millət vəkili deyib ki, aidiyyəti qurumlar, bu işə nəzarət edən dövlət təşkilatları at və eşşək əti satanlardan haqq alır: “Qanunvericiliyə görə belə işlərlə məşğul olanları cəzalar gözləyir. Lakin aidiyyəti qurumların səhlənkarlığı, yaxud da üzgörənliyi ucbatından vətəndaşlarımızın həyatını təhlükəyə atan, insanlara murdar ətlər yedirdən insanlar nəinki məsuliyyətdən yaxa qurtarır, hətta illərlə öz əməllərini davam etdirə bilirlər. Hamı bilir ki, harda nə kəsilir, niyə kəsilir. Sadəcə kimsə vaxtında “nəyisə” çatdırıb verə bilmir, ona görə də nəzarət edən qurumlar tərəfindən ifşa olunur”.

F.Mustafa bu problemin Milli Məclisdə qaldırılacağını bildirib: “Əhaliyə at və eşşək ətlərini başqa mal-heyvan əti əvəzinə yedirirlər. Bu da çox təhlükəli bir tendensiyadır. Hesab edirəm ki, cəmiyyətdə buna qarşı müəyyən səslər yüksəlməlidir. Çünki bu, insanların qida zəhərlənməsinə səbəb ola bilər. Milli Məclisdə də bu məsələ qaldırılacaq. Amma bu, məsələnin yekunu deyil. Qurumlar var ki, onlar öz vəzifələrini yerinə yetirməlidir. Hüquq-mühafizə orqanları da bu işlərə nəzarət edən qurumlara xəbərdarlıq etməlidir”

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR