18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DBX bazarda aşkarlanan bu "eşşək əti"nin satışına icazə verdi - ŞOK AÇIQLAMA
Bakının 8-ci kilometr bazarında leş ətlərin satışının əks olunduğu video görüntülərlə bağlı Dövlət Baytarlıq Xidməti növbbəti dəfə açıqlama verib.
DBX-nın mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli unikal.org-a bu barədə bildirib ki, sözü gedən məlumat yayıldıqdan sonara rəhbərliyin göstərişi ilə dərhal yoxlama aparılıb və nəticələri də məlumdur:
"Sözü gedən ətlər tələb olunan qaydalara uyğun avtomobillə daşınmayıb. Heyvan ətləri Nərimanov rayonundan (Montində) kəsim məntəqəsindən gətirilib. Hamısı baytarlıq laboratoriyasından keçmiş iri və xırda buynuzlu heyvan ətləri olub. Ətin tərkibində insan sağlamlığına zərər verə biləcək maddələr aşkarlanmayıb. Buna görə də, sözü gedən ətlərin satışına da icazə verilib”.
Baytarlıq rəsmisi vurğulayıb ki, kəsilmiş ətlərin daşınması üçün xüsusi avtomobillər olmalıdır:
"Təəssüf ki, ətlər sanitar qaydalara uyğun olmayan avtomobillə bazara gətirilib. Bazar rəhbərliyinə və satışı həyata keçirən sahibkara belə bir halın təkrarlanmaması ilə bağlı xüsusi xəbərdarlıq edilib”.
Emtv.az/S.Rəhimov