SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan əhalisinin etnogenezi tarixinə həsr olunan kitabın təqdimatı olub

18-03-2017, 11:59 | Oxunub: 12 046 |

Naxçıvan əhalisinin etnogenezi tarixinə həsr olunan kitabın təqdimatı olub
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Naxçıvan əhalisinin etnogenezi tarixindən” monoqrafiyasının 2-ci cildinin təqdimat mərasimi keçirilib.

Tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq müstəqilliyimizin bərpasından sonra muxtar respublika ərazisində elmin müxtəlif istiqamətlərində sanballı еlmi əsərlərin, o cümlədən dəyərli kitabların, albom-kitabların, monoqrafiyaların, mеtodik vəsaitlərin, buklеtlərin, atlasların, хəritələrin, məqalələrin, tеzislərin nəşr olunduğunu deyib. Bildirib ki, bir neçə il bundan öncə 1-ci cildi işıq üzü görən və yeni çapdan çıxan “Naxçıvan əhalisinin etnogenezi tarixindən” adlı mono­qrafiyanın 2-ci cildi də filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin çoxillik elmi tədqiqatlarının nəticəsi olmaqla fundamental tədqiqat əsəridir və Naxçıvan əhalisinin etnogenezi tarixinin öyrənilməsində dəyərli bir kitabdır. Bölmə sədri müəllifə bundan sonrakı elmi fəaliyyətində uğurlar arzulayıb.

Təqdimat mərasimində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Naxçıvan əhalisinin etnogenezi məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Dilçi alim ulu öndər Heydər Əliyevin “Naxçıvan ulu tarixi keçmişi olan, qədim azərbaycanlıların yaşadığı bir ərazidir. Mən bu qədim tarixin bütünlükdə öyrəniləcəyinə və əsl həqiqətin öz yerini tapacağına tamamilə inanıram” sözlərini xatırladaraq sözügedən monoqrafiyanı tarixi həqiqətlərin ümumi toplusu kimi dəyərləndirib.

Qeyd olunub ki, Firudin Rzayevin son illərdə apardığı məhsuldar tədqiqatların uğurlu nəticəsi olan ikicildlik monoqrafiyada bu günədək dövrlərə görə sistemli tədqiq olunmayan proto Azərbaycan tayfalarından bəhs olunur. Kitabda Naxçıvanın qədim və müasir ərazilərində məskunlaşmış tayfaların yeri, adların daşıdığı mənalar, onların mifik inancları, əraziləri, eyni zamanda Naxçıvan ərazisində tayfa adları ilə yaranan etnooykonimlər qədim arxiv və qaynaq məlumatları əsasında sistemləşdirilib, etimoloji təhlilləri verilib.

Bildirilib ki, 600 səhifəni əhatə edən və 3 fəsildən ibarət olan yeni nəşrin 1-ci fəsli qədim Naxçıvanla bağlı eradan əvvəl II-I min­illiklərə aid tarixi faktların araşdırılmasına həsr olunub. 2-ci və 3-cü fəsillərdə isə Naxçıvan ərazisində II-I minilliklərdə məskunlaşmış prototürk-Azərbaycan tayfaları elmi faktlarla sübut olunub.

Məruzə ətrafında Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, filologiya elmləri doktoru, professor Akif İmanlı, AMEA Naxçıvan Bölməsinin Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov çıxış edərək yeni monoqrafiyanın elmi dəyərindən söz açıblar.
Tədbirin sonunda monoqrafiyanın müəllifi Firudin Rzayev çıxış edərək tədbirdə iştirak edənlərə, sözügedən monoqrafiyanı yüksək dəyərləndirənlərə minnətdarlığını bildirib.

Emtv.az/L.Xubyarzadə

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR