SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Sovet rəhbərliyində müəmmalı ölümlər: SİRLİ OYUNUN ŞOK DETALLARI - FOTOLAR

17-11-2016, 17:35 | Oxunub: 9 780 |

Sovet rəhbərliyində müəmmalı ölümlər: SİRLİ OYUNUN ŞOK DETALLARI - FOTOLAR

O, SSRİ-yə rəhbərlik etmiş şəxslər arasında fəaliyyəti ən az araşdırılmış kommunistlərdən biridir. Sovet İttifaqı Kommunist Partiyasının baş katiblərindən biri olmuş Yuri Andropovun fəaliyyətini araşdırdıqda onun ABŞ-a “soyuq müharibə”də qələbə qazanmağa, habelə SSRİ-ni dağıtmağa kömək etməsi və digər diqqətçəkici məqamlar barədə maraqlı faktlar ortaya çıxır.
Publika.az Andropovla bağlı maraqlı faktları təqdim edir.
45 il əvvəl Dövlət Təhlükəsizliyi Komitəsinə başçılıq etmiş, 1982-ci ilin noyabrında isə baş katib vəzifəsinə əyləşərək Leonid Brejnevi əvəzləmiş Andropov olduqca gizli şəkildə dünyanın ən böyük imperiyalarından birinin dağılmasına çalışırdı. Tarixçi və araşdırmaçıların rəyinə görə, dünyanın ən böyük dövlətinin dağıdılması prosesini əslində Mixail Qorbaçov və Boris Yeltsin yox, məhz Andropov hazırlayıb. Qorbaçov və Yeltsin sadəcə bu işi başa çatdırdılar.

Sovet rəhbərliyində müəmmalı ölümlər: SİRLİ OYUNUN ŞOK DETALLARI - FOTOLAR

Bu arada maraqlı bir faktı da diqqətinizə çatdırmaq yerinə düşür – Moskvada Yuri Andropovun adına prospekt var, amma Brejnevin, Xruşşovun, Stalinin adına nəinki prospekt, hətta döngə belə yoxdur. Sanki Rusiya tarixinə bu şəxslər heç olmayıb. Sanki bu ölkənin tarixində yalnız Dövlət Təhlükəsizliyi Komitəsinin sabiq rəhbəri, SSRİ-nin bircə baş katibi rol oynayıb.
O, Lubyanka tarixində ilk dəfə birinci baş katib olmuş çekist idi. Düzdür, Andropov korrupsionerlərə və dindarlara qarşı mübarizə aparırdı, özbək mafiyasını məhv etdi. Amma bununla yanaşı, dissidentləri ölkədən qovdu, SSRİ-nin Əfqanıstanda uğursuz müharibəni başlamasının səbəbkarlarından biri oldu.
1976-cı ildən ittifaq və respublika nomenklaturası arasında qəfildən ölüm epidemiyası başlandı. Onların sayı onlarla idi! İlk öncə müdafiə naziri, marşal Andrey Qreçko gözlənilmədən dünyasını dəyişdi. O, Andropova açıq müxalif mövqedə dururdu. Belə ki, Macarıstan (1956-cı il) və Çexoslovakiya "rəngli" inqilabların (1968-ci il) hadisələri zamanı dönə-dönə təkrar edirdi ki, ordu Vətəni müdafiə etməyə məsuldur, siyasətə qarışmalı deyil. Marşalın ölüm səbəbi məlum olmadı. Onun ölümündən sonra nazirliyə döyüş təcrübəsi olan zabit yox, Andropovun müttəfiqi, texnik Dmitri Ustinov rəhbərlik etməyə başladı.

Sovet rəhbərliyində müəmmalı ölümlər: SİRLİ OYUNUN ŞOK DETALLARI - FOTOLAR

Növbəti qurban Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı üzrə katibi Fyodr Kulakov idi. 1978-ci ildə onun ölümünün səbəbləri məxfiləşdirildi. Mərhumun kreslosuna Mixail Qorbaçov yiyələndi.
Belarusun partiya rəhbəri, Sovet İttifaqı Qəhrəmanı Pyotr Maşerov 1980-ci ilin oktyabrında baş vermiş avtomobil qəzasında dünyasını dəyişdi. Onun kortecinin yoluna gözlənilmədən “ZİL” markalı yük avtomobili çıxmışdı. Hadisə Maşerovun Siyasi Büronun plenumundan 2 həftə əvvəl baş verdi. Mərhum iki həftə sonra keçirilməli olan həmin iclasda Siyasi Büronun üzvü olmalı idi. Bilirsiniz onun vəzifəsinə kim yiyələndi? – SSRİ-nin gələcək rəhbəri Mixail Qorbaçov.
Maşerovun varisi Tixon Kiselyov da qəflətən öldükdə Minskdə Andropovun öz kadrını Belarus respublikasının rəhbəri vəzifəsinə təyin etməsi və köhnə qvardiyanı hakimiyyətdən uzaqlaşdırmağa cəhd etməsi haqqında danışmağa başladılar.

Sovet rəhbərliyində müəmmalı ölümlər: SİRLİ OYUNUN ŞOK DETALLARI - FOTOLAR

Sonra avtomobil qəzalarında Brejnevin sadiq kadrları - Leninqrad vilayət komitəsinin üzvü, Gürcüstan Nazirlər Şurasının başçısı, Dövlət Təhlükəsizliyi Komitəsinin sərhəd qoşunları komandanının müavini və "Dünya problemləri və sosializm" beynəlxalq kommunist jurnalının baş redaktoru həlak oldular.
Müəmmalı ölümlər seriyası bununla yekunlaşmadı. Belə ki, Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru, Brejnevin iqtisadçı hesab etdiyi yeganə akademik Nikolay İnozemçev də gözlənilmədən öldü.
1982-ci ilin 19 yanvarında DTK rəhbərinin müavini, Brejnevin tərəfdarı Semen Çviqunun guya özünü güllələməsi barədə məlumat yayıldı. Yanvarın 25-də isə tibbi müayinə ərəfəsində “boz kardinal” Mixail Suslov gözlənilmədən dünyasını dəyişdi. Onun vəzifə səlahiyyətlərini Andropovun özü icra etməyə başladı. Suslovu müalicə etmiş həkim isə bir ay sonra asılmış vəziyyətdə tapıldı.
Yeri gəlmişkən, DTK sədri Brejnevin həyatının son ilində onu Leonid İliçin qızlarının brilyanta hədsiz sevgisini kənarlara sızdıraraq hörmətdən salırdı. Leonid İliç ölümündən bir az əvvəl isə iş gündəliyində Andropovdan “yuxusuzluğa qarşı dərmanlar” alığını yazırdı.
SSRİ DTK-nın zabitlərindən biri “Stringer”ə verdiyi müsahibədə bildirib ki, Andropov təxminən 1979-cu ildə SSRİ-də sosializmin quruculuğu layihəsinin iflası qənaətinə gəlib. Amma o, problemlərin kökünü iqtisadiyyatda gördü və onları həll etməyin yolunu iqtisadi islahatlarda axtarırdı.
Andropovu dəstəkləyən liberallar onun korrupsiyaya qarşı mübarizə apardığını xüsusi olaraq vurğulayırlar. Bu mübarizə İkinci Dünya Müharibəsindən sonra 142 xalqın nümayəndəsinin yaşadığı Özbəkistanda başladı. Ölkə 1966-cı il zəlzələsinə qədər Mərkəzi Asiyanın ən güclü dövlətlərindən biri idi. Bu da təsadüfi deyildi. Çünki cəbhəçi Şərəf Rəşidov bütün özbək klanlarını öz ətrafında yumruq kimi birləşdirmşdi.
Andropovun DTK-sı onun dalınca düşdü. Buna bəhanə 74-cü ildə ölkə tarlalarında yığılan pambığın dövlətə təhvil verilməsindəki “pripiska” idi. Belə ki, hər il 1 milyon rubldan çox pul pambıq mafiyasının ciblərinə axırdı. Lakin Brejnev onunla hər hansı qarşıdurmadan qaçırdı.

Sovet rəhbərliyində müəmmalı ölümlər: SİRLİ OYUNUN ŞOK DETALLARI - FOTOLAR

Rəşidov görünməmiş təqib nəticəsində (mətbuatda mafiyanın 1,5 milyard rublu mənimsədiyi haqda yazılar dərc olunurdu) 1983-cü ilin oktyabrında Rəşidov qəflətən öldü. 1984-cü ilin fevralında isə Andropov dünyadan köçdü. Bununla belə, baş katib dağılması prosesinin başlanğıcı üçün bir çox planları reallaşdırmağa vaxt tapdı.
Bu yaxınlarda sübut edilib ki, SSRİ qoçunlarının Əfqanıstana soxulması planını Brejnev yox, Müdafiə Nazirliyinin rəsmisi Ustinovun, Mərkəzi Komitənin katibi Boris Ponomaryovun, xarici işlər naziri Andrey Qromıkonun dəstəyi ilə Andropov hazırlayıb.
Anar Tağıyev

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR