SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bağırov Qarabağı istəyən ermənilərə hansı cavabı vermişdi? - MƏKTUB

31-10-2016, 08:11 | Oxunub: 6 803 |

Bağırov Qarabağı istəyən ermənilərə hansı cavabı vermişdi? - MƏKTUBMircəfər Bağırov Azərbaycanın birinci katibi olduğu dövrdə ermənilər ona Qarabağın Ermənistana verilməsi haqda məktub göndərib.

Emtv.az xəbər verir ki, bu barədə 1965-ci ildə Şuşa rayon mərkəzi komitəsinin birinci katibi olmuş, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində işləyən Arif Ağakişiyev danışıb.

Onun sözlərinə görə, Xuruşov yenicə SSRİ-nin birinci katibi olanda ermənilər Qarabağ kartını yenidən ortaya atmağa başladılar: “Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Qriqori Artyunov Mircəfər Bağırova məktub göndərdi. Məktubda deyilirdi ki, xaricdən çoxsaylı ermənilər sovet Ermənistanına köçür, onları yerləşdirmək problemləri var. Buna görə də Dağlıq Qarabağın Ermənistana verilməsi xahiş edilirdi”.
A.Ağakişiyev Bağırovun cavabının olduqca maraqlı olduğuna diqqət çəkib.
“Bağırov göndərilən məktuba dərhal cavab verilməsi tapşırığı verdi. Cavabda bildirilirdi ki, “Bəli, biz Dağlıq Qarabağı Ermənistana verməyə razıyıq, lakin o şərtlə ki, daha əvvəl alınan torpaqlar Azərbaycana qaytarılsın”. Bağırovun bu cavabından sonra ermənilər uzun müddət Qarabağ haqqında danışmadı. Bu məsələni bir də 1960-cı illərdə qaldırdılar”, - deyə o bildirib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR