SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Stalinin 70 il öncəki Qarabağ planı və Bağırovun cavabı – TARİXİN SİRLƏRİ AÇILIR

13-10-2016, 07:16 | Oxunub: 6 791 |

Stalinin 70 il öncəki Qarabağ planı və Bağırovun cavabı – TARİXİN SİRLƏRİ AÇILIR“Qafqazda ermənilər və azərbaycanlılar həmişə sülh və əmin-amanlıq içində yaşayıblar. Qarabağda separatizm İosif Stalinin planları üzrə başladı. Stalin Yaxın Şərqdəki erməniləri Qarabağa köçürdü və onlar separatizmin əsasını qoydular”.

Emtv.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə SSRİ-nin fövqəladə və səlahiyyətli elçisi olmuş Arif Ağakişiyev deyib.

O, Qarabağ bölgəsini yaxşı tanıdığını, SSRİ zamanında erməni kəndlərində dəfələrlə olduğunu vurğulayır: “Azərbaycanlılar və ermənilər çox mehriban yaşayırdılar. Azərbaycan SSR-nin keçmiş sakini, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın azərbaycanlılar və ermənilərin bir yerdə yaşaya bilmədikləri haqda dedikləri tamamilə yalandır. Axı oniliklər boyunca onlar mehriban şəraitdə yaşayıb”.

A. Ağakişiyev Qarabağda yaranan separatizmin tarixinin 1940-cı illərə gedib çıxdığını bildirir.

“SSRİ-nin Türkiyə ilə sərhədinə Yaxın Şərqdən ermənilərin kütləvi köçürülməsi başlandı. Bundan sonra sovet ermənilərinin mentalitetindən fərqlənən bu ermənilər bir neçə dəfə Qarabağ kartını oynamağa çalışdılar. 50-ci illərdə Ermənistan Kommunist Partyasının Mərkəzi Komitəsinin birinci katibi Qeorqi Malenkov xaricdən bir çox erməninin Ermənistana köçməsinə görə, ərazilərin azlıq etdiyini əsas gətirərək, Bakıya Mircəfər Bağırova məktub ünvanladı ki, Qarabağ Ermənistan SSR-yə birləşdirilsin. Bağırov alim və partiya rəhbərliyinə ermənilərə cavab hazırlamağı tapşırdı. Cavabda deyilirdi ki, Azərbaycan SSR Dağlıq Qarabağı verməyə hazırdır, lakin o şərtlə ki, əvvəllər alınmış ərazilər Azərbaycana qaytarılsın. Bununla da həmin məsələ bağlandı”.

Diplomat bildirir ki, SSRİ-nin miqrasiya siyasəti ilə əlaqədar Ermənistan SSR-dəki azərbaycanlılar Azərbaycana köçürülməyə başlandı: “1948-ci ildə 100-150 min azərbaycanlı Ermənistandan köçürüldü. Onların çoxu susuz yerlərdə yaşamağa məcbur oldular və bir qismi həlak oldu. 1960-cı illərdə Qarabağ məsələsi yenidən qalxmağa başladı. O zaman Ermənistanda yeni nəsil böyüdü və kənara çıxış axtarmağa başladılar. Həmin illərdə Ermənistan SRR-nin rəhbərliyinə Livandan, Suriyadan gəlmə ermənilər keçdilər. Onların mentaliteti tamamilə başqa idi. Onlar Xankəndində ayağa qalxmağa başladılar. Mən onlardan ikisinin adını çəkə bilərəm: şair Baqrat Ulubabyan və yazıçı Sarkis Abramyan. Onlar Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi hərəkatına başçılıq edirdilər. O zaman Azərbaycan rəhbərliyi bu hərəkatın qarşısını almağı bacardı və həmin ermənilər heç nə alınmadığını görüb, Qarabağdan Ermənistana getdilər”.

A.Ağakişiyev qeyd edir ki, 1980-ci illərin sonlarında münaqişənin başlanğıcına qədər Dağlıq Qarabağda üç azərbaycanlı ilə bağlı ədalətsiz qərarın verilməsi hadisəsi yaşandı.

“Hadisə 1967-ci ilin iyul ayında oldu. Üç azərbaycanlını bir erməni uşağının öldürülməsində ittiham etdilər. 10 il sonra aydın oldu ki, uşağı öz dayısı öldürərək, quyuya atıb. Lakin azərbaycanlılar üzərində açıq məhkəmə quraraq, onları yandırdılar. Azərbaycan Mərkəzi Komitəsinin bütün Büro üzvləri Qarabağa gəldi, çünki kəskin münaqişə yetişirdi, qan tökülə bilərdi. Mən Şuşaya getdim. Həmin vaxt Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev qarşıdurmanı dayandırmağı bacardı və cinayətkar qrupun üzvləri həbs olunaraq, ağır cəzaya məhkum edildilər”, - deyə o xatırlayır.

Diplomat hesab edir ki, Dağlıq Qarabağ münaqişəsindən ən çox ziyan çəkən Ermənistan oldu: “Azərbaycan 20 faiz torpağını itirdi. Lakin 25 il ərzində inkişaf etdi. Ermənistan isə praktiki olaraq uçuruma yuvarlandı. Erməni ziyalıları bu münaqişəyə görə ilk növbədə Qarabağ klanını ittiham edirlər. Hansı ki, onlar bu gün ölkəni idarə edirlər. Ermənilər bu klanın üzvlərindən ciddi şəkildə narazıdırlar”.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR