SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

II Dünya Müharibəsini Stalin başlayıb – ŞOK SƏNƏD

20-10-2016, 12:00 | Oxunub: 8 618 |

II Dünya Müharibəsini Stalin başlayıb – ŞOK SƏNƏDUkraynanın Ali Radası II Dünya Müharibəsi haqqında Ukrayna, Polşa və Litva parlamentlərinin həmrəylik bəyannaməsini qəbul edib.
Emtv.az UNİAN agentliyinə istinadən xəbər verir ki, sənəddə II Dünya Müharibəsinin başlanmasına görə məsuliyyət nasist Almaniyası və Sovet İttifaqının üzərinə qoyulur.
“Biz o fakta diqqəti cəlb edirik ki, iki totalitar rejim arasında 23 avqust 1939-cu ildə bağlanmış Ribbentrop-Molotov paktı II Dünya Müharibəsinə gətirib çıxardı. Müharibəyə sentyabrın 17-də Sovet İttifaqı qoşuldu”, - bəyannamədə vurğulanır.
Həmçinin bildirilir ki, 1945-ci ilində Yaltada qəbul edilən qərarlarla bütün Şərqi və Mərkəzi Avropada yarım əsr davam etmiş əsarətin yeni mərhələsi başlandı.
Qeyd edək ki, 1939-cu ilin yazında Qərb ölkələri ilə faşist bloku dövlətləri arasında ziddiyyətlər yüksək səviyyəyə çatdı. Təminat verilməsinə baxmayaraq, Almaniya 1939-cu ilin martında Çexoslovakiyanı zəbt etdi və parçaladı. "Polşa böhranı" meydana çıxdı.
Belə bir şəraitdə təcavüzkarı cilovlamaq məqsədilə 1939-cu ilin martında SSRİ, Böyük Nritaniya və Fransa arasında danışıqlar başladı. Lakin bu danışıqlar heç bir nəticə vermədi və SSRİ Almaniya ilə danışıqlara getdi.
1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ arasında on il müddətinə bir-birinə hücum etməmək barədə Ribbentrop-Molotov paktı bağlandı. Həmçinin ona əlavə olaraq Avropanı nüfuz dairələrinə bölmək barədə gizli protokol qəbul olundu.
Gizli protokolda Almaniya əvvəllər Çar Rusiyasına daxil olmuş Finlandiya, Latviya, Estoniya və Bessarabiya üzərində SSRİ-nin maraq dairəsini tanıdı. Tərəflər Polşanı bölüşdürmək barədə də razılığa gəldilər.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR