SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Görkəmli bəstəkar Tofiq Bakıxanovun Naxçıvanda bəstəkarlar, musiqişünaslar və tələbələrlə görüşü olub

26-10-2016, 08:29 | Oxunub: 13 638 |

Görkəmli bəstəkar Tofiq Bakıxanovun Naxçıvanda bəstəkarlar, musiqişünaslar və tələbələrlə görüşü olubOktyabrın 24-də görkəmli bəstəkar, Xalq artisti, Prezident təqaüdçüsü, Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət” ordenli, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət ­xadimi Tofiq Bakıxanov Naxçıvana səfərə gəlib. Bəstəkar həmin gün Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Oktyabrın 25-də Tofiq Bakıxanovun Naxçıvan Dövlət Universitetində musiqi ixtisasında təhsil alan tələbələrlə görüşü keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsinin zəngin yaradıcılığından, sənətinə göstərilən yüksək dövlət qayğısından danışıb.
Sonra İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında bəstəkarın əsərləri səsləndirilib. İfalardan və səmimi qəbuldan razılığını bildirən bəstəkar gənc musiqiçilərə yaradıcılıq uğurları arzulayıb.
Həmin gün Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatında keçirilən görüşdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov çıxış edərək Tofiq Bakıxanovun həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan bəstəkarlıq məktəbində böyük xidmətləri olduğunu qeyd edib. Bildirilib ki, 1930-cu ildə Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açmış Tofiq Bakıxanov mükəmməl musiqi təhsili alıb, Azərbaycan və dünya klassik musiqi ənənələrini mənimsəyib. Hələ gənclik illərində skripka ifaçısı kimi də tanınan böyük sənətkar bir çox səhnə əsərlərinə musiqi yazıb, baletlər, simfonik əsərlər, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərləri, mahnılar, romanslar bəstələyib.

Yaşar Xəlilov qeyd edib ki, Tofiq Bakıxanovun ictimai musiqi xadimi kimi fəaliyyəti də çox önəmlidir. O, 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının, həmçinin bu təşkilatın İdarə Heyətinin üzvüdür. Musiqi sahəsindəki əməyinə görə Tofiq Bakıxanov dövlətimizin yüksək mükafatlarına layiq görülüb.
Görüşdə Tofiq Bakıxanov çıxış edərək Naxçıvanda musiqinin inkişafına göstərilən böyük qayğıdan danışıb. Vurğulayıb ki, son illərdə o, yaradıcılığının bir hissəsini bu yurda həsr edib.
“Gələcəkdə yaradıcılığımı yenə də bu istiqamətdə davam etdirəcək, muxtar respublikanın dilbər guşələrindən biri olan Batabata həsr olunmuş mahnı bəstələyəcəyəm”, – deyən Tofiq Bakıxanov bildirib ki, Naxçıvanın inkişafı onu buna sövq edir. Bu gün Naxçıvan hər bir yaradıcı sənət adamı üçün əsl ilham mənbəyidir.
Tofiq Bakıxanov naxçıvanlı bəstəkarlara və gənc musiqiçilərə yaradıcılıq tövsiyələrini verib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR