SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

VASİF TALIBOVDAN BƏSTƏKARA ÜNVANLANAN MƏKTUB

14-12-2015, 13:07 | Oxunub: 18 607 |

VASİF TALIBOVDAN BƏSTƏKARA ÜNVANLANAN MƏKTUB
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti, professor Tofiq Bakıxanovun 85 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.
"EMTV.az" xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığı barədə məlumat verib. Bir neçə gündür Bakıda Tofiq Bakıxanovun yaradıcılığına həsr olunmuş festival keçirildiyini diqqətə çatdıraraq bildirib ki, festival çərçivəsində bir çox konsert salonlarında bəstəkarın yaradıcılığına həsr olunmuş konsertlər təşkil edilib.

Qeyd edib ki, Tofiq Bakıxanov xalqımızın çox sevimli, seçilən bəstəkarlarından biridir. Onun əsərləri təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə səslənir. Tofiq Bakıxanovun çox ziyalı bir nəslin nümayəndəsi olduğu vurğulanaraq bildirilib ki, onun ulu babası Abbasqulu Ağa Bakıxanov Azərbaycanın görkəmli tarixçisi, filosofu, atası Əhmədağa Bakıxanov isə Xalq artistidir.

Nəzərə çatdırılıb ki, Tofiq Bakıxanovun formalaşmasında dahi bəstəkar Üzeyir Hacıbəylinin çox böyük rolu var. Çünki Üzeyir Hacıbəyli ilə Əhmədağa Bakıxanov dost idilər. Üzeyir bəyin məsləhəti ilə Tofiq Bakıxanov musiqi məktəbinin skripka sinfinə daxil olur. Həmin məktəbdə oxuyaraq o artıq bəstəkarlığa da böyük meyil göstərir. O, 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını A.N.Amitonun dərs dediyi skripka sinfini, 1957-ci ildə dahi bəstəkar Qara Qarayevin bəstəkarlıq sinfini bitirib.

Vurğulanıb ki, musiqi ictimaiyyəti Tofiq Bakıxanovu ilk növbədə skripkaçı kimi tanıyıb. O, hələ 12 yaşında - musiqi məktəbində oxuyanda bir çox konsert salonlarında, radioda skripkaçı kimi çıxış edib. Daha sonra dövlət triosunda çıxış edib və bir çox Azərbaycan bəstəkarlarının skripka üçün əsərlərinin ilk ifaçısı olub.

Bəstəkarın çoxşaxəli yaradıcılığı barədə danışan Z.Qafarova qeyd edib ki, o, bir çox janrlarda musiqilərin - 3 musiqili komediya, 3 balet, 8 simfoniya, müxtəlif alətlər üçün 25 konsert, 26 sonata, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərlər, süitalar, uvertüralar, mahnılar və romansların müəllifidir.

Tofiq Bakıxanovun pedaqoji fəaliyyətindən söhbət açılaraq vurğulanıb ki, o, Asəf Zeynallı adına musiqi kollecində skripka dərsi deyib. Bakı Musiqi Akademiyasında uzun müddət kamera instrumental kafedrasında çalışaraq bir çox alətlər üçün əsərlər yazıb ki, bu əsərlər həm görkəmli ifaçılarımız tərəfindən səsləndirilib, həm də tədris sistemində yer alıb.

Qeyd edilib ki, Azərbaycanda ilk birpərdəli balet olan “Xəzər balladası” Tofiq Bakıxanovun yaradıcılığının vizit kartıdır. Xəzər neftçilərinə həsr olunmuş bu əsər 1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulub. 1969-cu ildə Parisdə keçirilən VII Beynəlxalq musiqi festivalında nümayiş olunub və böyük uğur qazanıb. Balet Fransanın bir çox şəhərlərində, keçmiş sovet ölkələrində səhnəyə qoyulub və bəstəkara çox böyük şöhrət gətirib.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan MR-nin Ali Məclisinin sədri Vasif Talıbovun bəstəkara ünvanladığı təbrik məktubu oxuyub. O, həmçinin musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Tofiq Bakıxanova Əməkdar İncəsənət Xadimi fəxri adının verilməsi barədə Naxçıvan MR Ali Məclis Sədrinin Sərəncamını diqqətə çatdırıb.

Sonra Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında konsert təqdim edilib. Proqramda ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Həmişə bizimləsən” simfonik muğamı, “Nəva” simfonik muğamı, “Dünya durduqca yaşa”, “Vətən nəğməsi”, “Təntənəli uvertüra”, “Bağışla məni”, “Sevən könül” və digər əsərlər səsləndirilib.

VASİF TALIBOVDAN BƏSTƏKARA ÜNVANLANAN MƏKTUBVASİF TALIBOVDAN BƏSTƏKARA ÜNVANLANAN MƏKTUB
VASİF TALIBOVDAN BƏSTƏKARA ÜNVANLANAN MƏKTUBVASİF TALIBOVDAN BƏSTƏKARA ÜNVANLANAN MƏKTUB

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR