SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan rəngkarlığı” mövzusunda müzakirələr keçirilib

8-10-2016, 10:08 | Oxunub: 6 025 |

Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan rəngkarlığı” mövzusunda müzakirələr keçirilibHeydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Masallı rayonu “ASAN həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan rəngkarlığı” mövzusunda mühazirə keçirilib.

Emtv.az xəbər verir ki, tədbirdə Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Ağaəli İbrahimovun mövzu üzrə mühazirəsi dinlənilib.

Region gənclərinin, ali məktəb tələbələrinin iştirakı ilə keçən tədbirdə Azərbaycan rəngkarlığının inkişafı tarixindən, 1969–1982-ci illərdə, eyni zamanda, müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə ümummilli lider Heydər Əliyevin bu sahənin inkişafındakı xidmətlərindən, Ulu Öndərin Azərbaycan incəsənətinə və sənətkarlara böyük qayğısından danışılıb. Bildirilib ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin yaradıcılığının gələcək nəsillər arasında yaşadılması vacibdir. Bu baxımdan azərbaycançılıq ideyasının inkişafı, milli mənəvi dəyərlərimizin, Azərbaycan incəsənətinin qorunması, inkişafı və dünyaya tanıdılması istiqamətində dövlətlə yanaşı, Heydər Əliyev Fondu da tarixi əhəmiyyətli işlər görür.

Mühazirə zamanı Azərbaycan incəsənətinin intibah dövrünə aid miniatür sənəti, xalçaçılıq, keramika və divar rəsmləri haqqında danışılıb. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan təsviri sənətində yeni mərhələ, həmçinin görkəmli sənətkarlar Bəhruz Kəngərli, Əzim Əzimzadə, İbrahim Səfi, Əkbər Kazımbəyov və digər rəssamların yaradıcılığı barədə məlumat verilib.

Tədbirdə, həmçinin müasir Azərbaycan incəsənətinin çiçəklənmə dövrünə aid Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə kimi tanınmış Azərbaycan rəssamlarının əsərləri barədə danışılıb.

Mühazirədən sonra gənclərlə mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Masallıda açılan “ASAN həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində müxtəlif sərgi, tədbir, təqdimat və təlimlərin keçirilməsi nəzərdə tutulub. İncəsənət məktəbi, eyni zamanda, regionlarda istedadlı, xüsusi qabiliyyətli gənclərin aşkara çıxarılması, onların milli mənəvi dəyərlərə, tarixə bağlı ruhda böyüməsi istiqamətində fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR