SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ƏMANƏTÇİLƏRƏ ŞAD XƏBƏR

29-12-2015, 10:27 | Oxunub: 7 181 |

ƏMANƏTÇİLƏRƏ ŞAD XƏBƏR
Növbəti xəbərimiz bankda əmanəti olan və yaxud da pulunu banka qoymaq istəyən vətəndaşlara ünvanlanıb.
"EMTV.az" xəbər verir ki, Əmanətlərlə bağlı uzun müddətdir aparılan müzakirələrin yaxın vaxtlarda nəticə verəcəyi gözlənilir. Məsələ ilə bağlı təkliflər artıq hökumətə təqdim edilib. Təkliflər arasında banka qoyulmuş əmanətin məbləğindən asılı olmayaraq tam sığortalanması və maksimal 12 faizlik limitin ləğv olunması kimi məsələlər də var.

Əhalinin bütün əmanətlərinin sığortalanması nəzərdə tutulur. Bu, həm sadə vətəndaşları, həm də hüquqi şəxsləri əhatə edəcək. Azərbaycan Banklar Assosiasiyasından verilən məlumata görə, Mərkəzi Bank tərəfindən bununla bağlı hazırlanan təklif artıq aidiyyatı dövlət qurumlarına göndərilib. Təkliflər təsdiq olunduğu təqdirdə, əmanətlərin sığortalanması ilə bağlı qanunvericiliyin dəyişdirilməsi nəzərdə tutulur. Əmanətlərin Sığortalanması Fondunun İcraçi Direktoru Azad Cavadovun sözlərinə görə, söhbət sığorta olnan məbləğin limitsizləşdirilməsindən gedir.

Bir sözlə, məbləğindən asılı olamayaraq, bütün əmanətlər sığortalanacaq. Lakin bu, müvəqqəti olacaq. Dünya təcrübəsinə əsasən, ölkədə böhran başa çatanda, yenidən müəyyən limit tədbiq ediləcək. Amma əmanətlərin tam sığortalanması özü bir sıra risklərə yol açır.

Digər yenilik differensial əsaslı risk sisteminə keçiddir. Yəni hazırda əmanətlər üçün nəzərdə tutulmuş maksimal 12 faizlik limit tamamilə aradan qaldırılacaq. Lakin bütün bunlar hökumətə təqdim olunan təkliflər təsdiq olunduqdan sonra qüvvəyə minəcək.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR