17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NAZİRLƏR KABİNETİNƏ BANKLARLA BAĞLI TƏKLİF VERİLDİ
Yaxın günlərdə əhalinin banklarda qorunan əmanətləri üzrə 30 min manatlıq hədd ləğv ediləcək.
Bu barədə təklifi Banklar Assosiasiyası Nazirlər Kabinetinə təqdim edib. Hazırda banklarda illik 12% dərəcəsi ilə və 30 min manatadək yerləşdirilən əmanətlər qorunan əmanətlər hesab olunur. Təklif qəbul edildikdən sonra isə 30 min manatlıq hədd aradan qalxacaq. Bundan sonra müştərilər istənilən həddə banka qoyacağı əmanət dövlət tərəfindən sığortalanmış olacaq.
Belə bir təklifin gerçəkləşməsinin Azərbaycanın bank sektorunda likvidlikliyi artıracağı gözlənilir. Güman edilir ki, bankların müştərilərə kredit verməsi imkanları genişlənəcək. Bildiyimiz kimi, banklar müştərilərə kreditləri əsasən əmanətlər hesabına verir. Bundan əlavə, əhalinin bank sektoruna olan inamsızlığı da bir növ aradan qalxmış olar.
Xatırladaq ki, bir müddət əvvəl Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadov mətbuata açıqlamasında da yaxın gələcəkdə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi ləğv ediləcəyini bildirmişdi. Yəni, istənilən faiz dərəcəsi ilə banka yerləşdirilən bütün əmanətlər sığotalanmış olacaq. Sadəcə Fondun müyyən etdiyi maksimum faiz dərəcəsindən yüksək faizlə əmanət qəbul edən banklar buna görə əlavə komissiya haqqı ödəyəcəklər(qafqazinfo).