SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanın ən güclü velosipedçiləri müəyyənləşib

2-07-2019, 18:37 | Oxunub: 12 584 |

Azərbaycanın ən güclü velosipedçiləri müəyyənləşib

Şosevelosipedinin fərdi və qrup ötüşməsi üzrə Elit və U23 kateqoriyalı idmançılar arasında Azərbaycan çempionatı keçirilib.


Emtv.az xəbər verir ki, Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda klub və cəmiyyətlərin 40-a yaxın idmançısı mübarizə aparıb.

Qala qəsəbəsində keçirilən 24 km məsafəyə fərdi ötüşmə yarışında yığma komandanın lideri Elçin Əsədov bütün rəqiblərini qabaqlayıb – Ukraynanın “Lviv” kontinental klubunun üzvü 28 dəqiqə, 16 saniyə göstərici ilə 1-ci yeri tutub.

Qeyd edək ki, bu Elçin Əsədovun fərdi ötüşmə yarışında ardıcıl 6-cı Azərbaycan çempionluğudur. Belarusun “Minsk” kontinental komandasında çıxış edən Samir Cəbrayılov və Dünya Velosiped Mərkəzində təlim keçən Musa Mikayılzadə isə müvafiq olaraq 29 dəqiqə, 58 saniyə və 31 dəqiqə göstərici ilə sonrakı 2 yerdə qərarlaşıblar.

Xızı rayonunda təşkil edilən qrup ötüşməsində də ilk üçlük dəyişməyib. 162 km məsafəni 4 saat, 30 dəqiqə, 15 saniyəyə qət edən Elçin Əsədov ən yaxın izləyicisi Samir Cəbrayılovu 16 saniyə qabaqlayıb. Musa Mikayılzadə finiş xəttini 3-cü keçib.

Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndərilib və tutulan yerlərə uyğun olaraq qazanılan xallar həm idmançıların, həm də ölkənın reytinq cədvəlində öz əksini tapacaq.

Mərhəmət Lələyev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR