17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycan atleti dünya çempionatının finalında yarışacaq
Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatı Azərbaycan idmançıları üçün uğurlu olub.
Emtv.az xəbər verir ki, kişilərin üç təkanla uzunluğa tullanma yarışında iki idmançımız yarışıb. Onlardan biri Aleksis Kopello 16,89 metr nəticə göstərərək təsnifat mərhələsini yeddinci yerdə başa vurub. Bu, ona final mərhələsində mübarizə aparmaq imkanı verib. Növbəti mərhələyə adlayan 12 idmançı arasında ən yüksək nəticəni isə 17,20 metrlə ABŞ idmançısı Kris Benard göstərib. On iki idmançının iştirak edəcəyi final mərhələsi avqustun 10-da olacaq.
Digər idmançımız Nazim Babayev isə 14-cü yer tutub və həlledici mərhələyə vəsiqə qazandıran 12-ci yerdən geri qalıb.
Qeyd edək ki, komandamızın digər üzvü Hayle İbrahimov avqustun 9-da beş min metr məsafəyə qaçmaq yarışında gücünü yoxlayacaq.
Emtv.az