20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
Ruslan İslam Oyunlarında 4-cü qızılı qazandı
Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında qalib gələrək İslamiadada dördüncü qızıl medalını qazanıb.
Emtv.az-ın qol.az-a istinadən məlumatına görə, idmançımız hamıdan çox - 240.7 xal toplayıb. İkinci yerə türkiyəli Yusuf Dikec, üçüncü yerə isə pakistanlı Muhammad Şehzad Aktar çıxıb.
Digər idmançılarımız Rəsul Məmmədov və Tahir Ağazadə isə təsnifat mərhələsində mübarizəni dayandırıblar.
Xatırladaq ki, Ruslan Lunyov Azərbaycan yığma komandasına “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub. Ötən gün isə Ruslan Lunyov 25 metr məsafədən tapança ilə sürətli atəşaçma yarışında qızıl medala yiyələnib.
Mayın 15-də isə Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında üçüncü qızıl medalını aktivinə yazdırıb. İdmançımız kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəşaçma yarışında 573 xal toplayaraq çempion olub.
Emtv.az