SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İslamiada ilə bağlı daha bir qalmaqal! – Uşu Federasiyasına kim əmr verir?!

12-05-2017, 11:57 | Oxunub: 9 634 |

İslamiada ilə bağlı daha bir qalmaqal! – Uşu Federasiyasına kim əmr verir?!
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək idmançıları kim seçir?!

Mayın 3-də Azərbaycan Uşu Federasiyası IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək uşu-sanda üzrə yığma komandanın hazırlığı, planları ilə bağlı mətbuat konfransı keçirib.

Azərbaycan Uşu Federasiyasının prezidenti, Əməkdar İdman Xadimi Azər Həsənsoy mətbuat konfransında IV İslam Həmrəyliyi Oyunlarının uşu-sanda yarışlarında 17 ölkədən idmançıların çıxış edəcəyini bildirib. Diqqətə çatdırıb ki, ölkəmiz bu idman növündə 7 çəki dərəcəsindən 6-da təmsil olunacaq.

Sonra IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan yığma komandasının heyəti açıqlanıb. Komandamızın heyətində Orxan Hətəmov (48 kq), Elçin Eminov (52 kq), Ruslan Pirəliyev (60 kq), Bayram Şəmmədov (65 kq), Vüqar Kərəmov (70 kq) və Pərviz Abdullayev (75 kq) yer alıblar.

Mətbuata daxil olan məlumata görə, elə qamaqal da federasiya prezidentinin bu açıqlamalarından sonra baş verib. Necə deyərlər, “Siz saydığınızı sayın, görün yuxarıdakılar nə sayır”, məsəli olub. Yuxarıda qeyd etdiyimiz kimi, IV İslam Həmrəyliyi Oyunlarında uşu-sanda üzrə Azərbaycan yığma komandası 6 idmançı ilə təmsil olunacaq. Bəs bu idmançılar hansı keyfiyyətləri, hansı bacarıqları və yaxud KİMİN göstərişi ilə seçilib? Yəni kabinetində oturub, bu qədər əzab-əziyyət çəkmiş idmançılarımızın taleyi ilə oynamaq bu qədər asandırmı?! Kunk-fu Fedarasiyası isə demək olar ki, cənabların yadlarına belə düşməyib. Bəs bu Uşu Federasiyası və Kunk-fu Fedarasiyasının işinə kim mane olur? İşin maraqlı tərəfi isə budur ki, “seçilən” bu idmançıların cəmi 2-si Uşu Federasiyasının yetirmələridir. Bəs bu böyüklükdə federasiyanın gücü cəmi 2 idmançını yetişdirməyəmi çatıb? Əlbəttəki yox! Federasiyada yetərincə tanınmış, 3 rəngli bayrağımızı dünya arenalarında dəfələrlə dalğalandıran kişi və qadın idmançılarımız var.

Araşdırma zamanı məlum olub ki, bu idmançılardan yalnız Elçin Eminov (52 kq) və Ruslan Pirəliyev (60 kq) Uşu Federasiyasının yetirmələridir, digərləri isə, necə deyərlər, Azərbaycansayağı seçiliblər. Bu 4 idmançının Uşu Federasiyası ilə heç bir əlaqəsi yoxdur, sadəcə məşğul olduqları idman növü ilə uşu-sanda arasında müəyyən yaxınlıqlar var. Ən maraqlı seçim isə 70 kq çəki dərəcəsində olub. Belə ki bu çəkidə mübarizə aparacaq idmançımız Taleh İsayev olmalı imiş və bu idmançını aylardır bu yarışlara hazırlayırlarmış, amma son məqamda nazirlikdən gələn zəng bu idmançının da xəyallarını puç edib. Eyni ilə 75 kq çəki dərəcəsindəki idmançımız da bu qaranlıq oyunun qurbanına çevrilib. Pərviz Abdullayev də nazirlikdən gələn göstərişlə bu yarışlara qatılmağa “haqq” qazanıb. P.Abdullayevin bu yarışa Azərbaycanda yetərincə tanınmış nazirlərdən biri tərəfindən yollanıldığı da məlum olub.

Bəs uşu-sanda üzrə bizim yetərincə tanınmış xanım idmançılarımız da var, onların taleyi necə oldu, onları bu yarışlara niyə buraxmadılar, onlar hansı iri ranqlı məmurun qurbanına çevrildi?! Düşünürük ki, Uşu Federasiyası, Gənclər və İdman Nazirliyi bu qaranlıq, bir o qədər də müəmmalı məqama aydınlıq gətirəcəklər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR