17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azad Rəhimov: "Çətin ki, Azərbaycandan sonra bu səviyyədə İslamiada keçirilsin"
Bu gün IV İslam Həmrəyliyi Oyunları münasibəti ilə "Gücümüz həmrəyliyimizdədir” konfransı keçirilib.
Tədbiri giriş nitqi ilə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov açıb.
O bildirib ki, təxminən 10 gün sonra Bakı İslamiadaya ev sahibliyi edəcək və bu səbəbdən də belə konfransa ehtiyac vardı: "Ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanda da inkişaf yüksək səviyyədədi. Biz artıq bir sıra beynəlxalq yarışlara ev sahibliyi etmişik. İnanıram ki, İslam Həmrəyliyi Oyunlarını da digər yarışlar kimi ən yüksək səviyyədə keçirməklə etimadı doğruldacağıq. Yarışa 57 ölkədən 3000-dən artıq idmançı qatılacaq ki, bu da İslamiada tarixində yeni rekorddu. Çətin ki, Azərbaycandan sonra bu səviyyədə İslamiada keçirilsin. Oyunlarla əlaqədar ölkəmizə 1000-ə yaxın rəsmi qonaqlar gələcək. Oyunlar üçün 500 mindən artıq bilet satışa verilib. Hər şey plan üzrə gedir”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yarışın tək Azərbaycanın deyil, bütün islam dünyasının tarixində əhəmiyyətli rol oynayacağını vurğulayıb. Onun sözlərinə görə, İndoneziyada III İslam Oyunlarında mədəniyyət tədbiri zamanı bütün qonaqlar Azərbaycan barədə yalnız xoş sözlər söyləyib.
Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü, millət vəkili Rauf Əliyev qeyd edib ki, regionlarda 45 Olimpiya kompleksinin fəaliyyət göstərməsi bölgələrdə idmanın inkişafına hesablanıb. Əliyev əyalətlərdə keçirilən və keçiriləcək yarışlardan da söz açıb.
Daha sonra Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov , Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və İdman Mədəniyyəti və Maarifçiliyinə Dəstək İctimai Birliyinin sədri Səlhət Abbasova nitq söyləyiblər.
Emtv.az