SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Türkiyədə Baba Nemətullah Naxçıvaniyə həsr edilən konfrans yekunlaşıb - FOTOLAR

25-05-2019, 12:58 | Oxunub: 12 904 |

Türkiyədə Baba Nemətullah Naxçıvaniyə həsr edilən konfrans yekunlaşıb - FOTOLAR

Emtv.az yerli mətbuataq istinadən xəbər verir ki, Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Universitetində “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Səlcuq Universiteti Turizm Fakültəsi, Azərbaycan səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Gənc Alimlər və Mütəxəssislər Şurası, Naxçıvan Gənclər Fondu və Sahib Ata Dərnəyinin nümayəndələri iştirak ediblər.

AMEA Naxçıvan Bölməsinin əməkdaşları filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov, “Naxçıvan” Universitetinin müəllimi Rəna Qurbanova Baba Nemətullah Naxçıvaninin həyatı, yaradıcılığı və fəaliyyəti ilə bağlı ətraflı məlumat veriblər.

Tədbirdə iştirak edən Türkiyəli ziyalılar bildiriblər ki, Baba Nemətullah Naxçıvaninin Akşəhərdə olan türbəsi yerli sakinlər tərəfindən həmişə hörmətlə ziyarət olunub. Çünki o, bir elm adamı, dini biliklərə sahib dahi insan kimi tanınıb. Akşəhər üçün əvəzsiz xidmətləri olan bu insan türk dünyasının ortaq dəyəridir. Çıxışlarında Naxçıvanda doğulan Baba Nemətullahın Türkiyədə yaşadığı illərdə göstərdiyi fəaliyyət, Akşəhərdəki ictimai siyasi mühit və onun bu mühitə təsirindən danışıblar. Səlcuq Universitetinin rektor müavini Özdəmir Koçak isə bildirib ki, Azərbaycanla Türkiyə arasında bir sıra ortaq dəyərlər var. Nemətullah Naxçıvani də bu dəyərlərdən biridir. O, 1500-cü illərdə Azərbaycan və Osmanlı coğrafiyasında mühüm xidmətləri olan İslam alimi və mütəfəkkirdir.

Konfrans bölmə iclasları ilə davam edib.

Tədbir iştirakçıları “Nemətullahın vətəni Naxçıvan” adlı filmə baxıblar. Sonda isə Naxçıvandan gələn nümayəndələrə və Naxçıvanın elm ictimaiyyəti üçün Türkiyədə yeni çapdan çıxan “Nemətulla Naxçıvaninin Quranın təfsiri” beşcildliyi hədiyyə edilib.

Səfər çərçivəsində Naxçıvandan olan nümayəndə heyəti həmçinin Baba Nemətullah Naxçıvaninin məzarını ziyarət edib, Akşəhərdə onun adını daşıyan 450 nəfərin təhsil aldığı İmam Hatib dini məktəbində və məsciddə olublar. Bütün tədbirlərdə iştirak edən Akşəhər Bələdiyyəsinin sədri Saleh Akkaya və Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Naxçıvandan gedən nümayəndə heyətini müşayiət ediblər.

Bundan başqa səfərdə Mövlanə Cəlaləddin Ruminin həkimi, əslən Naxçıvandan olan Əkmələddin Naxçıvaninin də məzarı ziyarət olunub.

Bu tədbir Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” layihəsinə əsasən reallaşıb. Layihənin keçirilməsində əsas məqsəd orta əsrlər dövründə Osmanlı torpaqlarında yaşayıb fəaliyyət göstərən böyük islam alimi, əslən Naxçıvandan olan Nemətullah Naxçıvaninin həyatı və irsinin toplanması, nəşri, tədqiqi və təbliğidir.

Nümayəndə heyətinin tərkibinə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşları da qatılıb və çəkilişlər aparıblar. Yaxın günlərdə konfrans və digər tədbirlərlə bağlı hazırlanan geniş videomaterial Naxçıvan televiziyasının tamaşaçılarına təqdim ediləcək.

Qeyd edək ki, Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 29 oktyabr 2018-ci il tarixində Sərəncam imzalayıb.


Seymur Rəhimov
Emtv.az




Türkiyədə Baba Nemətullah Naxçıvaniyə həsr edilən konfrans yekunlaşıb - FOTOLAR
Türkiyədə Baba Nemətullah Naxçıvaniyə həsr edilən konfrans yekunlaşıb - FOTOLAR
Türkiyədə Baba Nemətullah Naxçıvaniyə həsr edilən konfrans yekunlaşıb - FOTOLAR
Türkiyədə Baba Nemətullah Naxçıvaniyə həsr edilən konfrans yekunlaşıb - FOTOLARTürkiyədə Baba Nemətullah Naxçıvaniyə həsr edilən konfrans yekunlaşıb - FOTOLAR

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR