SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Tibb Kollecinin tələbələri Türkiyədə təcrübə kursu keçiblər

24-05-2019, 17:13 | Oxunub: 17 201 |

Naxçıvan Tibb Kollecinin tələbələri Türkiyədə təcrübə kursu keçiblər

Naxçıvan Tibb Kollecinin tələbələri Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Halide Edip Mesleki və Teknik Anadolu Liseyində bir aylıq təcrübə kursu keçiblər.

Emtv.az xəbər verir ki,Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən yerli mətbuata bildiriblər ki, 2 müəllim və 10 tələbədən ibarət heyət liseyin Yenimahalle Yıldırım Beyazit Eyitim və Araşdırma Xəstəxanasının rəhbərliyi ilə görüşüb, tələbələrə bu səhiyyə müəssisəsi barədə məlumat verilib, onların müxtəlif müalicə-profilaktika proseslərini onlayn izləmələrinə şərait yaradılıb.

Tibb bacısı ixtisası üzrə təhsil alan tələbələr daxili və yoluxucu xəstəliklər, təcili təxirəsalınmaz yardım və endoskopiya bölmələrində təcrübə keçiblər. Onlar xəstələrin qeydiyyata alınması, yataq xəstələrinə qulluq, xəstələrin əməliyyata hazırlanması, gündəlik təyinatların yerinə yetirilməsi, endoskopiya bölməsində xəstələrin müayinəyə hazırlanması qaydalarını öyrəniblər.

Laborator diaqnostika ixtisası qrupunun tələbələri isə mikrobiologiya, patologiya, hematologiya və biokimya laboratoriyalarında nümunələrin əkilməsi, boyanması, antibiotiklərə həssaslıq testlərinin qoyulması qaydaları və digər tibbi prosedurları öyrəniblər. Biokimya və hematologiya bölmələrində tələbələr laborator təcrübələrə cəlb olunublar.

Səfər çərçivəsində tələbələrin Ankara şəhərinin tarixi-mədəni yerlərinə ekskursiyaları da təşkil olunub.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR