SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Tibb Kollecinin tələbə və müəllim heyəti Türkiyədə təcrübə kursuna göndərilib

11-04-2017, 10:26 | Oxunub: 17 910 |

Naxçıvan Tibb Kollecinin tələbə və müəllim heyəti Türkiyədə təcrübə kursuna göndərilib
İxtisaslı kadrların hazırlanması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə Naxçıvan Tibb Kollecinin 12 nəfərdən ibarət müəllim və tələbə heyəti Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Halide Edip Mesleki və Texnik Anadolu Liseyində bir aylıq təcrübə kursuna yola salınıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən azərtac-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən kollecin direktoru Sona Məmmədova Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin davamlı xarakter aldığını qeyd edib. Vurğulayıb ki, ixtisaslı kadrların hazırlanması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə ötən il də Naxçıvan Tibb Kollecinin müəllim və tələbələri Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetində və Ankara şəhərində yerləşən Halide Edip Mesleki və Texnik Anadolu Liseyində keçirilən təcrübə kurslarında ayrı-ayrı heyətlərlə təmsil olunublar. Durağan Mesleki və Texnik Anadolu Liseyi ilə Naxçıvan Tibb Kolleci arasında tələbə mübadiləsi çərçivəsində qarşılıqlı qardaşlaşma münasibətləri yaradılıb.

Tələbələr kurs müddətində araşdırma xəstəxanasının daxili xəstəliklər və cərrahiyyə, təcili tibbi yardım üzrə bölmələrində, yenidoğulmuşlar, döş qəfəsi, yoluxucu xəstəliklər şöbələrində plastik və keysəriyyə əməliyyatlarını izləyib, doğuş palatalarında, genetik laboratoriyada iş prosesi ilə tanış olub, müasir tibbi avadanlıq və cihazların istifadə qaydalarını, yeni müayinə-müalicə üsullarını mənimsəyiblər. Həmçinin açıq ürək, kəskin apendisit, LOR, göz, keysəriyyə əməliyyatlarında, şəkərli diabet xəstələrində qanqrenalı yaraların işlənməsində, müxtəlif manipulyasiyaların aparılmasında, sarğıların qoyulmasında, digər tibbi proseslərdə iştirak edib, qarşılıqlı təcrübə mübadiləsi aparıblar. Növbəti heyətdə isə mamalıq, müalicə, tibb bacısı işi üzrə təhsil alan tələbələr təmsil olunurlar.

Kursa yollananlardan həkim-provizor Zinyət Məmmədova, mama-ginekologiya üzrə həkim rezident Lalə İbrahimova, üçüncü kurs tələbəsi Səadət Xudaverdiyeva müasir nəzəri və təcrübi biliklərə yiyələnmələri üçün yaradılmış bu şəraitdən səmərəli istifadə edəcəklərini bildiriblər.

Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcək. Əlaqələrin inkişaf etdirilməsi Naxçıvan Tibb Kollecində ixtisaslı tibb işçilərinin hazırlanması işinə öz töhfəsini verir və muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsi məqsədi daşıyır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR