SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Qəbələ icra hakimiyyəti qaçqın ailəsini qovur - “Deyirlər, çıxın, gedin Ağdama…”

23-05-2019, 12:53 | Oxunub: 11 319 |

Qəbələ icra hakimiyyəti qaçqın ailəsini qovur - “Deyirlər, çıxın, gedin Ağdama…”

“Bu, yerləşdirildiyimiz ikinci çadır idi, yenə su basdı, səhərə yaxın qaçdıq çölə… İki gecədir çöldə yatırıq, hara gedəcəyimizi bilmirik”.

Emtv.az xəbər verir ki,Ağdamdan məcburi köçkün olan və 26 ildir ki, Qəbələnin Nij kəndi yaxınlığında məskunlaşan Əliyevlər ailəsinin gecələməyə yeri yoxdur. Ailə başçısı Zabil Əliyev danışır ki, mayın 20-dən 21-nə keçən gecə güclü yağış nəticəsində məskunlaşdıqları çadıra su dolub, ailə üzvləri iki gündür ki, daldalanmağa yer tapmır. Ailə nə edəcəyini, harada gecələyəcəyini bilmir.

Ötən gecə çadırı su basıb

Hər şey ondan başlayıb ki, bu il martın 26-da Zabil Əliyevin məskunlaşdığı fermanın ərazisindəki fin tipli, taxta konstruksiyalı otaqlar yanıb. Ailə üzvləri bir neçə gün küçədə qaldıqdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) işçiləri onlara elə fermanın yaxınlığında çadır qurub. Zabil Əliyevin sözlərinə görə, hər şeyləri yandığından, çadırın bəzi vacib əşyalarını (köhnə çarpayı, yorğan-döşək, uşaqlara geyim) elə yaxınlıqdakı uşaq bağçasından veriblər. Ancaq qısa müddətdən sonra yağış nəticəsində həmin çadırı su basıb. FHN ailəyə bir qədər aralıda başqa çadır qurub. Ötən gecə yağış nəticəsində bu çadıra da su dolub.
“Deyirlər, çıxın, gedin Ağdama…”

Zabil Əliyev hələ aprelin əvvəlində – birinci çadırda məskunlaşdıqları vaxt yerli KİV-ə müraciət edərək çadır həyatının dözülməzliyindən danışmışdı. Onun deməsinə görə, yazı sayta yerləşdirildikdən sonra Qəbələ Rayon İcra Hakimiyyətinin işçiləri ailəyə baş çəkərək tapşırıb ki, bundan sonra saytlara məlumat verməsin:

“Dedilər ki, bunlar hamısı xarici, bizə düşmən olan saytlardır. Bizim inkişafımızı gözləri götürmür. Bir də saytlara müraciət eləmə… Özümüz səninçün ev də tikəcəyik, şərait də quracağıq. Həmin çadırı su basdı, gətirib bizə başqa çadır qurdular. Adamların verdiyi yorğan-döşəyi, çarpayını suyun içindən çıxarıb, qurudub gətirib ikinci çadıra yığdıq. Buranı da su basdı. Evimizi itirəndən iki aya yaxın vaxt keçib, nə ev tikmək fikirləri var, nə də yardım etmək… Son sözləri də budur ki, Ağdamdan gəlmisiz, yığışın, çıxın, gedin Ağdama, oralarda sizə gün ağlasınlar”.

Zabil Əliyev deyir, Nij kəndi yaxınlığında – məskunlaşdıqları ərazidə iki hektar torpaq sahəsi, bir qədər də qoyun-quzusu var. İllərdir ki, heyvandarlıqla məşğul olaraq ailəsini saxlayır. Bu səbəbdən də başqa yerə köçə bilməz:“Biz burda oturuşmuşuq. Burda 26 ilimiz keçib. Uşaqlarım, nəvələrim burda dünyaya göz açıb, böyüyüb. Mənim malım-heyvanım var. Çörəyim heyvandarlıqdan çıxır. Bu boyda ailəni götürüb Ağdama qayıtsam, acından öləcəyik. Orda heç nəyimiz yoxdur. Elə bir hökumətimiz də yoxdur ki, mənə torpaq, heyvan versin, heyvandarlıq işimi sıfırdan qurmağa kömək eləsin…”

Çadır həyatı ailə üzvlərini xəstə edib

Əliyevlərin məskunlaşdığı taxta tipli otaqlar Sovet vaxtı çobanların daldalanacaq yeri olub. 1993-cü ildə Ağdamdan köçkün düşəndən ailə buraya sığınıb. Yanğına səbəb evin üzərindən hörümçək toru kimi sallanan qəzalı elektrik naqillərindəki qısaqapanma olub. Son iki ayda yaşadıqları çadır həyatı ailə üzvlərinin sağlamlığını əllərindən alıb. Xüsusilə də ailədəki azyaşlılara çətindir. Onlardan biri 4, digəri 5-ci sinifdə oxuyur. Hər ikisi xəstədir, dövlət hesabına dərman preparatlarıyla təmin olunurlar. Çadır həyatı başlayandan məktəbə getmirlər.

Daha sonra conflict.az onu da qeyd edib ki,Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib ki, köçkün ailəsinin məskunlaşdığı ev yandığı üçün ailəyə evi Fövqəladə Hallar Nazirliyi tikməlidir. Ya da ailəyə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi sahib çıxmalı, onları qeydiyyatda olduqları Ağdama köçürməlidir. “Qaçqınkom” ailəni Ağdamda, yaxud yaxınlığında məcburi köçkünlər üçün yaradılmış yaşayış yerlərinə yerləşdirməlidir. Bununla bağlı icra hakimiyyəti həmin quruma müraciət edib.

Qəbələ icra hakimiyyəti qaçqın ailəsini qovur

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR