18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı
Noyabrın 13-də səhər Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binada yanğın baş verib.
Emtv.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
FHN-nin məlumatına görə, ümumi sahəsi 3600 kvadratmetr olan binanın üçüncü mərtəbəsində otaqların və taxta arakəsmələrin 132, dəhlizin 168, dam örtüyünün isə 20 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən alov söndürülüb.
“Dövlətqaçqınkom”dan verilən məlumatda bildirilir ki, yanğın nəticəsində 46 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.
Fövqəladə Hallar Nazirliyi tərəfindən müvəqqəti sığınacaq üçün 15 çadır quraşdırılıb, yataq dəsti və müvafiq avadanlıqlarla təchiz edilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, komitənin və İcra Hakimiyyətinin məsul əməkdaşları hadisə yerində olub, yaranmış problemin həlli üçün birlikdə müvafiq tədbirlər görüblər.
Dövlət Komitəsi tərəfindən siyahıya alınma aparılır, yanğın nəticəsində müvəqqəti yaşayış yerinidən məhrum olan 46 ailəni kirayə mənzillərdə yerləşdirmək qərara alınıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.
Aysu Əliyeva,
Emtv.az
Paylaş: