SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Daha bir qaçqın yataqxanası qəzalı vəziyyətdədir, köçkünlər kömək gözləyir

23-09-2017, 17:12 | Oxunub: 9 331 |

Daha bir qaçqın yataqxanası qəzalı vəziyyətdədir, köçkünlər kömək gözləyir

Xətai rayonu, Səmədbəy Mehmandarov prospekti 15-dəki məcburi köçkünlərin məskunlaşdığı 2 saylı peşə litseyinin yataqxanası qəzalı vəziyyətə düşüb. Yataqxanada 300-ə yaxın köçkün ailəsi məskunlaşıb. Hörümçək toru kimi elektrik xətləri ilə əhatələnmiş binada bir neçə dəfə yanğın təhlükəsi yaranıb.

Emtv.az xəbər verir ki, bu barədə virtualaz.org saytına məcburi köçkünlər məlumat veriblər.

Yataqxananın həyəti keçmiş Balaxanı zibilxanasını xatırladır, binanın həyətində istənilən məişət tullantılarının qalıqlarına rast gəlinir, yaxınlıqda isə zibil qutuları yoxdur. Beşinci mərtəbədən birinci mərtəbəyə qədər tavan yaşdır, su birbaşa üstü açıq elektrik xətlərinin üstünə tökülür. Səliqəsiz yığılmış qab-qazanı, yer olmadığı üçün dəhlizin bir küncünə qalaqlanmış meyvə-tərəvəzin içində olan ayaqqabını, pal-paltarı da əlavə etsək, buradakı yaşayışın dəhşətini anlatmağa kifayət edər.

Məcburi köçkünlər adlarının açıqlanmasını, şəkillərinin çəkilməsini istəmirlər. “Yaşadığımız şəraitdən utanırıq”, – səbəbini belə izah edirlər.

Hər mərtəbədə 20 sakin bir-birinə bitişik iki ayaqyolundan istifadə edir. Ayaqyolu demişkən, yanlış anlamayın, suyu olmayan, nəmişlikdən divarları qaralmış, illərdir çirkab damdığından tavanı uçmuş tikilidə üfunət iyindən dayanmaq mümkün deyil. Balaca, ensiz, yalnız su kranı qoyulmuş, pəncərəsiz otaqdan isə hamam kimi istifadə edilir.

“25 ildir köçürüləcəyimiz günü gözləyirik. Ev üçün qeydiyyata alıblar, ayda-ildə bir dəfə siyahını dəqiqləşdirirlər”,-Aygün adlı köçkün deyir.

Onun sözlərinə görə, hamamda yuyunmaq üçün növbə təyin edilib. Bir neçə mərtəbədə köçkünlər öz hesablarına hamam və ayaqyolunda təmir işləri aparmağa çalışıblar. Amma bina qəzalı olduğundan təmir işə yaramayıb, tavan və döşəmə yenidən uçub.

Məcburi köçkünlərdən biri əlavə edir ki, bina tikməyin, bu qədər köçkünü evlə təmin etməyin çətinliyini başa düşürlər. Amma istəkləri binada təmir aparılması, heç olmasa ayaqyolu və hamamın səliqəyə salınmasıdır.

“10-15 kvadratmetr sahəsi olan otaqlarda 5-6 nəfərlik ailə qalır. Burada doğulan uşaqlar artıq ailə qurub, oğul-uşaq sahibi olublar. Onlar da yaşadıqları şəraitdən utanırlar. Heç olmasa, cüzi təmir aparılsın ki, canımız siçovullardan qurtarsın”, -sakinlərdən biri əlavə edir…

Ülviyyə
Foto Samirənindir

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR